Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təranə Həşimovanın "Azərbaycan və özbək türklərinə aid dastanlarda qadın obrazlarının özəllikləri" adlı məqaləsi Türkiyədə "Orta Doğu ve Orta Asya-Kafkaslar Araştırma ve Uygulama Merkezi Dergisi”ndə dərc olunub.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti nömrəsi işıq üzü görüb.
Jurnalın bu sayı görkəmli oftalmoloq akademik Zərifə Əliyevanın və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün mühazirələr davam edir.
Yanvarın 12-də baş tutan növbəti mühazirədə institutun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d., dosent Aygün Əlizadə “Nəşrlər qarşısında qoyulan tələblərin izahı” mövuzusunda çıxış edib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təranə Həşimovanın “Orta əsrlərdə Azərbaycan və özbək ədəbi əlaqələri: ədəbi təsir, ortaq mövzular” məqaləsi Türkiyədə “Turkuaz” beynəlxalq Türk dünyası elmi araşdırmalar jurnalında dərc olunub.
