Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
27 fevral 2024-cü il saat 14.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının bazasında yaradılmış BED 1.18 – Birdəfəlik Dissertasiya şurasının iclasında 5718.01 – “Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)” ixtisasında filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.
Fevralın 2-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 2 Fevral – Gənclər Gününə həsr olunmuş “Qloballaşan dünyada müasir Azərbaycan gəncləri” adlı tədbir keçirilib.
Tədbirdə urmiyalı tarixçi alim Tohid Məlikzadə də iştirak edib.
Urmiyalı qonaq tədbirdən öncə AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.
Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov və əməkdaşı Yelena Svileva fevralın 1-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər.
Hər il elmi dövriyyəyə onlarla yeni nəşrlər çıxaran AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi 2023-cü ildə bu sahədə xüsusi fəal olub. İl ərzində institutda ümumilikdə 40-a yaxın, monoqrafiya, kitab, məqalələr toplusu və jurnal çapdan çıxıb. İnstitutun nəşrləri zənginliklə yanaşı, əsərlərin elmi əhəmiyyəti ilə də diqqəti çəkir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamı ilə əlaqədar Şərqşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevlə bağlı bir neçə kitab, toplu və jurnal nəşr olunub.
