Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

16 Fevral 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Azərbaycan Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Elsevier” şirkəti tərəfindən keçirilən vebinarda iştirak ediblər. İnstitutun Şərq ölkələrinin tarixşünaslığı şöbəsinin əməkdaşları - hüquq elmləri doktoru, dosent Zaur Məmmədov və Novruz Nuriyev “Scopus” və “ScienceDirect” elmmetrik bazalarında “Effektiv axtarış və təhlil üsulları” mövzusunda təşkil olunan vebinarda elmmetrik göstəricilərin axtarışı və təhlili üzrə təlim keçiblər. Vebinarda “Elsevier” şirkətinin elmi nəşriyyat və informasiya təhlili üzrə mütəxəssisi Saide Sak təlim keçib. S.Sak vebinar iştirakçılarının Elsevier Tədqiqatçı Akademiyası (Elsevier Researcher Academy) ilə bağlı suallarını da cavablandırıb.

16 Fevral 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun alimlərinin elmi məqalələri Qazaxıstanın beynəlxalq indeksli elmi jurnalında dərc olunub. İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Səmədovanın “X-XI əsrlər klassik ərəb poeziyasının intibahında Bağdad ədəbi mühitinin rolu”, Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərovanın isə “Həvvanın örtülü üzü” arxasında qalan gizlinlərin açılması” adlı məqaləsi nüfuzlu ENDLESS LIGHT IN SCIENCE jurnalının növbəti sayında işıq üzü görüb.

14 Fevral 2024

 AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun yeni YouTube kanalı fəaliyyətə başlayıb.

Kanalda Şərqşünaslıq İnstitutunun tarixinə aid arxiv videomaterialları, institutun fəaliyyəti, keçirilən tədbirlər haqqında videosüjetləri, eləcə də ən yeni tədqiqatlara dair şərqşünas alimlərin müsahibələrini izləmək olacaq.

Şərqlə və şərqşünaslıq elmi ilə maraqlanan hər bir kəsi abunə olmağa və kanalı mütəmadi izləməyə dəvət edirik.

14 Fevral 2024

Fevralın 5-9-da Kral Abdullah bin Əbdüləziz adına Beynəlxalq Ərəb dilinə xidmət edən Ərəbşünaslıq mərkəzində təlim keçirilib. Kral Salman adına Dünya Ərəb dili Birliyinin təşkilatçılığı ilə keçirilən təlimdə AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri, ilah.ü.f.d., dosent Məmmədəli Babaşlı və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, t.ü.f.d., dosent Gülər Qafqazlı iştirak ediblər.

Download Template Joomla 3.0 free theme.