Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

18 Mart 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova Livan İslam İnstututu, Livan İnnovasiyalar Assosiasiyası, İnkişaf Akademiyası və İKSAD İnstitutunun birgə təşkilatçılığı ilə martın 13-15-də Beyrutda keçirilən “Orta Şərq IX Beynəlxalq Modern Elmi Araşdırmalar Konfransı”nda “Əsrlərin dərinliyindən boy verən “Assuriya ağacı” adlı məruzə ilə iştirak edib.

18 Mart 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Rusiyanın Moskva İslam İnstitutu ilə əməkdaşlığın əsasını qoyub. Bu məqsədlə tərəflər arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Memorandumu AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və Moskva İslam İnstitutunun rektoru, professor Damir Muhetdinov imzalayıblar.

18 Mart 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Elman Quliyev martın 14-də Türkiyənin Bandırma şəhərində Bandırma Onyedi Eylül Üniversitetinin rektoru professor  İsmail Bozla görüşüb. İsmayıl Boz şərqşünas alimin türk xalqları ədəbiyyatının tədqiqində xidmətlərini yüksək dəyərləndirərək, onun bu sahədəki kitablarının Türkiyə türkcəsinə tərcümə edilməsinin əhəmiyyətini qeyd edib. Professor Elman Quliyev öz kitablarını rektora təqdim edib.

11 Mart 2024

Moskva İslam İnstitutunun rektoru və Rusiya Müsəlmanları Ruhani Məclisinin müftisinin birinci müavini, ilahiyyat elmləri doktoru, professor Damir Muhetdinov, Rusiya Müsəlmanları Ruhani Məclisinin müftisinin elm üzrə müavini Renat İslyamov və islamsng.com saytının baş redaktoru Səfa Kərimov martın 7-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

Download Template Joomla 3.0 free theme.