Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

06 Mart 2024

Martın 6-da AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

İnstitutun Həmkarlar təşkilatının sədri, t.ü.f.d., dosent Sübhan Talıblı çıxış edərək, qadınların cəmiyyətdə əvəzsiz rolu olduğunu deyərəkşərqşünas qadın alimlərimizin bu elmin inkişafında böyük xidmətləri olduğunu qeyd edib. S.Talıblı qadınların ailənin, cəmiyyətin təməli olduğunu vurğulayaraq şərqşünas qadın alimləri Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara, ailədə xoşbəxtlik, elmi işlərdə daim fəal olmalarını arzulayıb.

01 Mart 2024

Martın 1-də AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda – 1 mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “İnnovasiya texnologiyaları mülki müdafiə xidmətində” mövzusunda tədbir keçirilib.

İnstitutun əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə İnstitutun Mülki Müdafiə qərargahının rəisi Namiq Abdullayev martın 1-nin Ümumdünya Mülki Müdafiə Günü olduğunu qeyd edərək, fövqəladə hallarda müvafiq biliklərə malik olmanın əhəmiyyətindən danışıb və Mülki Müdafiə Gününün tarixi barədə məlumat verib.

27 Fevral 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin aparıcı elmi işçiləri – filologiya üzrə fəlsəfə doktoru Aybəniz Həsənova və filologiya üzrə fəlsəfə doktoru, dosent Rəna Rzayeva İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun fevralın 23-25-də Türkiyənin İzmir şəhərində keçirdiyi Beynəlxalq Ege konfransında onlayn iştirak ediblər.

26 Fevral 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının 8-ci nömrəsi işıq üzü görüb. Jurnalda ədəbiyyat, dilçilik, tarix, etnoqrafiya və siyasi elmlər sahələrinə aid elmi məqalələr dərc olunub.

“Ədədbiyyat” bölməsində Səriyyə Gündoğdunun “Qərb və Şərq sivilizasiyasını bir araya gətirən qələmlərin izi ilə: Alaattin Diker”, Lalə Qasımlının “Mustafa Kutlunun “Zafer yahut hiç” hekayəsinin təhlili”, Günel Yunusovanın “XX yüzilliyin əvvəllərində Azərbaycan mətbuatında türk ədəbiyyatı problemlərinə dair”, Lamiyə Hüseynovanın “X-XI əsrlər ərəbdilli poeziyanın bədii-üslubi xüsusiyyətləri (“Yətimətud-dəhr” antologiyası əsasında)”, Aygün Yusubovanın “Nədimin “Divan”ında obrazlar sistemi”, Nərmin Rzayevanın “Mövlana irsi Azadə Rüstəmovanın tədqiqatlarında” məqalələri yer alır.

Download Template Joomla 3.0 free theme.