Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Yanvarın 19-da AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı tədbir keçirilib.
Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan həqiqətlərini mütəmadi olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının 20 Yanvar faciəsi ilə bağlı məqalələri bir sıra Şərq ölkələrində yayımlanıb.
Şərqşünas alimin “20 Yanvar faciəsinin Azərbaycanın istiqlaliyyət və azadlıq tarixində rolu” adlı məqaləsi İraqda yayımlanan “Türkmən eli: ədəbiyyat və incəsənət” jurnalının 190 və 191 saylarında ərəb dilində yayımlanıb.
AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün mühazirələr davam edir.
Yanvarın 17-də baş tutan növbəti mühazirə "Dissertasiya işinin tərtibatı" mövzusunda olub. Tədbiri idarə edən institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü mühazirə üçün sözü Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqova verib.
Ötən ilin 20-21 dekabrında AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda keçirilən “Qədim və müasir Şərq: mənbələr, tədqiqatlar, perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans tədbir iştirakçılarını, o cümlədən xarici alimləri çox təsirləndirib.
Şərqşünaslıq İnstitutu ilə sıx elmi əlaqələr quran, Azərbaycan, Şərqşünaslıq İnstitutu, akademik Ziya Bünyadov və konfrans barədə yüksək fikirlərini elə akademik Ziya Bünyadovun 100 illiyinə həsr olunmuş konfransın açılışındakı çıxışı zamanı bildirmiş İraq Strateji Araşdırmalar Mərkəzinin direktoru, İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri professor Mutaz Muhyi Əbdülhəmid Vətəninə qayıtdıqdan sonra da tədbirin təsiri altında qalmaqdadır. İraqlı alim öz təəssüratlarını və konfransın yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirmək üçün AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevaya təşəkkür məktubu ünvanlayıb.
