Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Fevralın 9-da AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.
İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı "Yeni Azerbaycan TV"-nin qonağı olub. Şərqşünas alim "Xəbər var" verilişində prezident seçkilərindən danışıb.
XƏBƏR VAR! | ZƏFƏR SEÇKİSİ... | CANLI | (youtube.com)
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Qadınlar təşkilatı fevralın 8-də “Şərq qadınları elmdə” mövzusunda elmi sessiya keçirib.
Elmi sessiyada AMEA-nın Qadınlar Şurasının İdarə Heyətinin üzvləri və AMEA institutlarının Qadınlar təşkilatlarının sədrləri iştirak ediblər.
Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva müasir dövrdə qadınların ictimai həyatda, elmdə mühüm yer tutduqlarını qeyd edib. Akademik G.Baxşəliyeva Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 22 dekabr 2015-ci ildə qətnamə qəbul edərək, fevralın 11-ni hər il qeyd olunan xüsusi gün kimi elan etdiyini bildirib və Azərbaycan qadınlarının ictimai həyatda və elmdə tutduqları mövqelərindən bəhs edib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Mərkəzi Asiya ölkələri” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Həşimovanın “XX əsrin ikinci yarısında Azərbaycan və özbək şeirinin milli və ideoloji yöndə qarşılaşdırılması” adlı məqaləsi Türkiyədə Əhməd Yəsəvi Universitetinin “Web of science” və “SCOPUS” bazalarına daxil olan “Bilig” Türk dünyası sosial elmlər dərgisində dərc olunub.
