Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
18-22 dekabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) və ADA Universitetinin birgə təşkilatçılığı ilə yeni qrup "Diplomatiya Könüllüləri" üçün Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş diplomatiya həftəsi təşkil olunub.
18-22 dekabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) və ADA Universitetinin birgə təşkilatçılığı ilə yeni qrup "Diplomatiya Könüllüləri" üçün Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş diplomatiya həftəsi təşkil olunub.
Layihədə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun doktorantı Nazim Mənsimov da iştirak edib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti nömrəsi işıq üzü görüb.
Əsasən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan jurnalın “Heydər Əliyev - 100” bölməsində akademik Gövhər Baxşəliyevanın “Heydər Əliyev və İslam Əməkdaşlıq Təşkilatı”, iraqlı alim Mutaz Muhyi Əbdülhəmidin “Heydər Əliyev: Azərbaycan Respublikasının ərəb və İslam dünyası ilə diplomatik münasibətləri”, Səməd Bayramzadənin “Heydər Əliyevin azərbaycançılıq ideyasında Cənubi Azərbaycan”, Elman Quliyevin “Heydər Əliyev və ədəbiyyat (Türk xalqları ədəbiyyatına dəyər kontekstində)”, Sübhan Talıblının “Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Respublikasının xarici siyasətində Körfəz ölkələri” məqalələri, eləcə də Şərqşünaslıq İnstitutunda keçirilmiş “Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq elmi konfrans, Ulu Öndərə həsr olunmuş tədbir və elmi seminarlar barədə məlumat verilib.
Dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun doğum günüdür.
AZƏRTAC AMEA akademik Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın görkəmli alimə həsr etdiyi “Zaman anlamının fövqündə duran böyük alim” sərlövhəli məqaləsini təqdim edir.
