Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
İraq Mədəniyyət Nazirliyinin nəzdindəki Türkmən Mədəniyyət Mərkəzinin sədri doktor Sabah Abdullah Kərküklü noyabrın 1-də AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.
Sabah Kərküklü AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Akademik G.Baxşəliyeva qonağa Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlar barədə məlumat verib.
AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi, AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva başda olmaqla, noyabrın 1-də II Fəxri xiyabanda olub. Şərqşünas alimlər ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarından keçərək müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarını ziyarət ediblər. Onlar Vətən uğrunda şəhid olan igid oğulların əziz xatirəsini dərin ehtiramla anaraq, məzarları üzərinə gül dəstələri düzüblər.
Sankt Peterburq Dövlət Universiteti nəzdində İslam Araşdırmaları Mərkəzinin sədri, Moskva İslam İnstitutunun rektoru və Rusiya Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini Damir Muhetdinovun köməkçisi və məsləhətçisi, islamsng.com saytının baş redaktoru Səfa Kərimov oktyabrın 30-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.
Oktyabrın 27-29-da Türkiyədə “I Beynəlxalq sosial və humanitar elmlər konfransı” keçirilib. Konyanın Beyşehir Selcuklu Universiteti tərəfindən təşkil edilən konfransda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları – aparıcı elmi işçilər, filologiya üzrə fəlsəfə doktorları Aygün Əlizadə, Vüqar Məmmədov və elmi işçi İbrahim Bağırov onlayn şəkildə iştirak ediblər.
