Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Oktyabrın 9-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi.
İclasın əvvəlində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq ölkələrinin tarixşünaslığı şöbəsinin elmi işçisi Solmaz Namazova Scopus bazasından istifadə üçün təlimdə iştirak edib. 4 moduldan ibarət (Basic Search, Advanced Search, Metrics, Research Collaborations) təlim kursunu müvəffəqiyyətlə başa vuran S.Namazovaya sertfikatlar təqdim olunub.
Oktyabrın 9-da AMEA-nın akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunda YAP Yasamal rayon təşkilatının iclası keçirilib. İclasda YAP Yasamal rayon təşkilatının məsləhətçisi Fuad Həbibzadə, İnstitutun icraçı direktoru f.ü.f.d., dosent Rühəngiz Cümşüdlü, partiya təşkilatının sədri f.ü.f.d., dosent Lalə Bayramova və sədr müavini f.ü.f.d., dosent Xanımzər Kərimova iştirak ediblər. Fuad Həbibzadə hər kəsi salamlayaraq iclası açıq elan edib və yeni üzvlərə partiya biletləri təqdim edərək onları təbrik edib. İclasın sonunda İnstitutun əməkdaşı Bəşarət Bəşirova öz şeir parçalarını iştirakçılara ərməğan edib.
