Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

01 İyul 2019

İyulun 1-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş növbəti seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva tədbirin anadilli şeirimizin inkişafında müstəsna rolu olan İmadəddin Nəsimiyə həsr olunduğunu bildirib. G.Baxşəliyeva Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairinin 650 illik yubileyi münasibətilə 2019-cu ili "Nəsimi ili” elan etməsinin ölkə ictimaiyyəti tərəfindən çox əlamətdar və təqdirəlayiq hadisə kimi qarşılandığını qeyd edib. O, Nəsimi irsinin tədqiqinə öz töhfələrini verən AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun da bu əlamətdar hadisə ilə bağlı öz üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.

29 İyun 2019

İyun ayının 25-27-də Qırğızıstan Respublikasında Almaniyanın Konrad Adenauer Fondu və Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutu tərəfindən “Mərkəzi Asiya tarixinin aktual problemləri: nəzəriyyə və tədqiqatların metodologiyası” mövzusunda beynəlxalq elmi konfrans təşkil edilib. Kofransın əsas məqsədi Mərkəzi Asiya tarixşünaslığının gələcək inkişafında yeni nəzəri-metodoloji yanaşmaların və bu sahədə bölgə ölkələri alimlərinin əməkdaşlığı və elmi dialoqunun gücləndirilməsi yollarının müzakirəsindən ibarət idi.

28 İyun 2019

2019-cu il iyulun 3-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Rüstəm Əliyevin 90 illik yubiley yığıncağı keçiriləcək.

Tədbir AMEA-nın əsas binasının II mərtəbəsindəki akt zalında (H.Cavid prospekti 117, II mərtəbə) saat 11:00-da başlanacaq.

28 İyun 2019

2019-cu il iyulun 1-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş növbəti seminar keçiriləcək. Seminarda AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri “İmadəddin Nəsimi: Sənət və təriqət bütövlüyünün fəlsəfi poeziya zirvəsi” mövzusunda məruzə edəcək.
Tədbir Şərqşünaslıq İnstitutunun akt zalında (H.Cavid prospekti 117, VII mərtəbə) saat 11:00-da başlanacaq.

Download Template Joomla 3.0 free theme.