Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

13 Dekabr 2019

Səudiyyə Ərəbistanının Məhəmməd İbn Səud Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmməd Uteybi dekabrın 12-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

M.Uteybi əvvəlcə Şərqşünaslıq İnstitutunun direktoru, akademik  Gövhər Baxşəliyeva ilə görüşüb. G.Baxşəliyeva Azərbaycanın ərəb ölkələri ilə elmi, mədəni əlaqələrindən söz açaraq, bu əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolunu qeyd edib. Gövhər xanım Şərqşünaslıq İnstitutunda ərəb ölkələrinin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb, ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu qeyd edib.

11 Dekabr 2019

Dekabrın 11-də AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

 Tədbiri giriş sözü ilə İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva açıb. O, öz çıxışında ulu öndərin Azərbaycan xalqının həyatında oynadığı böyük roldan danışıb. G.Baxşəliyeva ulu öndərin xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət kimi düşdüyünü qeyd edib: “Ulu öndər Heydər Əliyev həm sovet dövründə respublikamıza rəhbərliyi zamanı, həm də müstəqillik illərində ölkə prezidenti kimi Azərbaycan xalqı üçün misilsiz işlər görüb. Müstəqil Azərbaycanın rəhbərliyinə xalqın tələbi ilə respublikanın ən çətin vaxtında gələn Heydər Əliyev qısa müddətdə ictimai asayişin bərpasına nail olaraq, insanlarda gələcəyə böyük inam yaratdı. Ümummilli liderimiz ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoydu».

11 Dekabr 2019

Dekabrın 13-də AMEA akademik Z.M.Bünyadov adı­na Şərqşünaslıq İnstitutunda (H.Cavid prospekti 117, II mərtəbə) görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar elmi seminar təşkil olunacaq. Seminarda İnstitutun Şərq-Qərb şöbəsinin müdiri, ilah.ü.f.d., dosent Məmmədəli Babaşlı “Cəlil Məmmədquluzadənin cəhalətə və xurafata qarşı mübarizəsi” mövzusunda məruzə edəcək. Seminar saat 11:00-da başlanacaq.

11 Dekabr 2019

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov ilk dəfə “Tövrat”ı orijinaldan Azərbaycan dilinə tərcümə edib.

Kitaba “Ön söz”ü Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin müəllimi, professor Nəsrulla Məmmədov və mərhum akademik Vasim Məmmədəliyev yazıblar. Yeni nəşrin məsləhətçisi Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının ravini Avraam Yakubov, rəyçisi BDU-nun Şərqşünaslıq fakültəsinin müəllimi, dosent Gülnarə Abdullayeva, redaktoru isə professor Nəsrulla Məmmədovdur. Kitab Şərqşünaslıq İnstitutunun elmi şurasının qərarı ilə çap olunub.

Download Template Joomla 3.0 free theme.