Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu aprelin 19-da Akademik Həmid Araslının 110 illik yubileyinə həsr olunmuş “Azərbaycan və Şərq ədəbiyyatlarının yorulmaz tədqiqatçısı” mövzusunda elmi konfrans keçirib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral aprelin 19-da AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.
Səfir əvvəlcə Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva ilə görüşüb. G.Baxşəliyeva Azərbaycan və Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrindən söz açaraq, qədim tarixə malik xalqlarımızın həmişə bir-birinə dəstək olduğunu qeyd edib.
AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu aprelin 19-da Akademik Həmid Araslının 110 illik yubileyinə həsr olunmuş “Azərbaycan və Şərq ədəbiyyatlarının yorulmaz tədqiqatçısı” mövzusunda elmi konfrans keçirəcək. AMEA-nınəsasbinasında ikinci mərtəbədə yerləşən Akt zalında (H.Cavidpr. 117), keşiriləcək konfrans öz işinə saat 10:30-da başlayacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin 5 fevral 2019-cu il tarixli sərəncamına əsasən AMEA-nın gənc qadın alimləri üçün “Gənc qadınlar elmdə” müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqə elmin aktual və müasir problemləri üzrə Azərbaycan üçün prioritet olan istiqamətlərdə elmi tədqiqatlar aparan gənc xanımların elmi fəaliyyətini stimullaşdırmaq və qadınların elmin inkişafında rolunu daha da artırmaq məqsədilə keçirilir.
