Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

10 Yanvar 2020

Nəsimi ili ilə bağlı dekabrın son tədbirlərindən biri də Bakı Avrasiya Universitetində gerçəkləşib. Bu, say etibarilə bu universitetdə reallaşan altıncı tədbir idi: 3 seminar, 2 açıq dərs və bu tədbir. AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, İnstitutda fəaliyyət göstərən Nəsimi qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyevanın iştirak etdiyi tədbirdə onun senarisi əsasında tələbələr Nəsiminin son məhkəməsini həvəslə canlandırıblar. İnformativ məlumatların zövqlə seçilməsi, Nəsimi şeirinin həvəslə duet şəklində ifası, gənc dərvişlərin səhnəciyi diqqəti cəlb edib.

09 Yanvar 2020

Dahi Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər Dövlət Sərhəd Xidmətində böyük təntənə ilə qeyd edilir.

Hərbi hissə və bölmələrdə keçi­rilən seminarlarda, ədəbi-bədii gecələrdə elm və in­cəsənət xadimləri, yerli icra hakimiyyəti orqanlarının və ictimaiy­yətin çoxsaylı nü­ma­yən­dələri iştirak edirlər.

Bu tədbirlər çərçivəsində dekabr ayının 27-də Dövlət Sərhəd Xidmətinin Akade­miyasında Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədlinin və AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, İnstitutda fəaliyyət göstərən Nəsimi qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyevanın iştirakı ilə keçirilən tədbirdə Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustası, şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış, bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş, dərin poetik fikirləri ilə dövrün elmi-fəlsəfi düşüncələrinin ifadəçisinə çevrilmiş, adı mərdlik, fədakarlıq və iradə rəmzi kimi çəkilən dahi İmadəddin Nəsiminin həyat və yaradıcılığından ətraflı məlumat verilmişdir.

09 Yanvar 2020

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə keçirdiyi “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda konfransın materialları dərc olunub.

Aİİ-də bununla bağlı keçirilən tədbirdə çıxış edən rektor Ceyhun Məmmədov konfransın materiallarının çap edilməsinin nəsimişünaslar üçün böyük əhəmiyyətə malik olacağına ümidvar olduğunu bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva bildirib ki, İslam irfan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri olan Nəsimi poeziyada fəlsəfi fikrin təməlini qoyanlardan biridir. Nəsimi yaradıcılığında sufizmin mahiyyətin qabarıq nəzərə çarpdığını qeyd edən Səadət Şıxıyeva dahi mütəfəkkirin Azərbaycan poetik dilinin inkişafına böyük təsirini vurğulayıb.

09 Yanvar 2020

“Nəsimi ili” çərçivəsində İmadəddin Nəsimi yaradıcılığı ilə bağlı mühüm işlər görüldü. Müxtəlif sənədli filmlər hazırlandı, məqalələr toplusu, bukletlər, albomlar, monoqrafik tədqiqatlar nəşr olundu. Eləcə də Heydər ƏIiyev Fondunun dəstəyi ilə beş ölkə tədqiqatçısının iştrak etdiyi bir toplu çapdan çıxdı.

Nəsimi tədqiqatçısı,  AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, İnstitutda fəaliyyət göstərən Nəsimi qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şixıyeva həyata keçirilən layihələri yüksək qiymətləndirir. Bununla belə, onu maraqlandıran bir məsələ də var. Görəsən görülən işlər Nəsimişünaslığı nə qədər zənginləşdirdi və onlar tarixdə qalacaqmı?

Download Template Joomla 3.0 free theme.