Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Bu gün Bakıda Qafqazın və Avrasiyanın aparıcı islamşünas alimləri və mütəxəssisləri toplaşıblar. Son illərdə Bakı Qafqazda İslam mədəniyyətinin, elminin, təhsilinin mərkəzinə çevrilib.
Bu fikri Rusiyanın Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov deyib. O bildirib ki, regionda İslamın yayılmasına cənubi Qafqazdan başlanılıb. İlk olaraq Şamaxı, Dərbənd kimi tarixi şəhərlərdə İslam qəbul olunub və buradan Rusiyaya yayılıb. Rusiya müsəlmanları Qafqazla, Azərbaycanla dərin köklərlə bağlıdırlar. Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev və digər azərbaycanlı mesenatlar Rusiya müsəlmanları üçün məktəblər açıb, mərkəzlər, dərnəklər yaradıb, jurnallar, qəzetlər çap ediblər. İllər keçməsinə baxmayaraq Azərbaycanda bu ənənə hələ də davam edir. Bakı regionda İslamın əlaqələndirici mərkəzi rolunu oynayır. “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu bunu bir daha sübut edir.
Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu çərçivəsində “İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri” mövzusunda panel təşkil edilib. Panelə Türkiyənin “İzmir Katip Çelebi” Universitetinin rektoru, professor Saffet Köse və Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya, Qafqaz və Ural-Volqa Tədqiqat Mərkəzinin elmi işçisi Şamil Kaşaf moderatorluq edirlər.
Hörmətli Simpozium iştirakçıları!
Sizi ölkəmizin paytaxtı Bakı şəhərində salamlamaqdan məmnun olduğumu bildirir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Etnik-mədəni müxtəlifliyi və təbii-coğrafi zənginlikləri ilə dünyanın unikal guşələrindən olan Qafqazın son 1400 illik tarixi İslam dini ilə bağlıdır. Azərbaycanda, o cümlədən Qafqazın müxtəlif bölgələrində bu dinə məxsus çoxsaylı maddi və qeyri-maddi mədəniyyət nümunələri İslam sivilizasiyasının regiondakı dərin köklərindən xəbər verir. Bu gün Qafqazda yaşayan xalqların bir çoxunun mədəniyyətinin əsasını İslam dəyərləri təşkil edir.