Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

11 İyul 2019

İyulun 11-də Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu çərçivəsində panellər təşkil edilib.

AZƏRTAC xəbər verir ki, “İslam mədəniyyətinin Qafqazda dini və ictimai həyata təsiri” mövzusunda panel Türkiyənin “İzmir Katib Çelebi” Universitetinin rektoru Saffet Köse və Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya, Qafqaz və Ural-Volqa Tədqiqat Mərkəzinin elmi işçisi Şamil Kaşafın moderatorluğu ilə keçirilib.

Paneldə “Azərbaycanda İslam mədəniyyətinin təkamül yönləri”, “Cənubi Qafqazda İslam mədəniyyətinin öyrənilməsində arxeoloji tədqiqatların rolu və əhəmiyyəti, “Xilafət dövründə Azərbaycanda pul dövriyyəsi və sikkə zərbi”, “İslam dininin Azərbaycan şifahi xalq dastanlarının təşəkkülündə rolu”, “Azərbaycanda tolerantlıq, dini və etnik rəngarənglik keçmişdən bu günə (Şirvanşahlar dövlətinin nümunəsində)”, “Azərbaycanın XVIII – XX əsrin əvvəllərinə aid maddi-mədəni irsində inanc sistemi (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)”, “Cənubi Azərbaycanın Xalxal bölgəsinin sosial-mədəni inkişafında dini müəssisələrin-zaviyələrin rolu (XVIII əsrin əvvəlləri)”, “Müasir Azərbaycan ailə institutunun qorunmasında İslam dəyərlərinin rolu”, “Azərbaycanın Sumqayıt şəhərində müasir dini durum” və digər mövzularda məruzələr dinlənilib.

11 İyul 2019

“İslam sivilizasiyası Qafqazda” mövzusunda II beynəlxalq simpozium çərçivəsində “Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu” mövzusunda ikinci panel iclası keçirilib.

Iclasın moderatorları İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin Baş direktorunun məsləhətçisi professor Sadık Ünay (Türkiyə), Moskva Dövlət Psixoloji-Pedaqoji Universitetinin Etnopsixologiya və Çoxmədəniyyətli təhsilin psixoloji problemləri kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Olqa Pavlova (Rusiya) idi.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Müsəlman ölkələri ilə əlaqələrin inkişafında Heydər Əliyevin rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyd edilib ki, Heydər Əliyev müsəlman xalqları və müsəlman dövlətləri arasında çoxtərəfli əməkdaşlığın inkişafı üçün böyük səy göstərib.

11 İyul 2019

Qafqazda İslam mədəniyyətinin müzakirə olunduğu bir simpoziumun iştirakçısı olmağımla qurur duyuram. Qafqazda formalaşan, inkişaf edən İslam mədəniyyətinin dünyaya verəcəyi mesajlar çoxdur.

11 İyul 2019

“İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu nəinki Azərbaycan, bütün region üçün əlamətdar hadisədir. Əminəm ki, simpoziumda çox dəyərli işlər görüləcək və bu sahədə gələcək elmi-tədqiqat işlərinin proqramları müəyyən ediləcək.

Download Template Joomla 3.0 free theme.