Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

12 İyul 2019

Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun 3 panel iclası yekunlaşıb.

“Qafqazda multikulturalizm” mövzusunda təşkil edilən 1-ci panel Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov və Qriffis Universitetinin Mədəniyyət və Dinlərarası Dialoq Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Brian J. Adamsın moderatorluğu ilə keçirilib.

12 İyul 2019

“İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu islamşünas alimləri bir araya toplayıb. İnanıram ki, çox uğurlu nəticələr verəcək. Çünki Qafqazın təşəkkülündə İslam dini və mədəniyyəti mühüm rol oynayıb.

12 İyul 2019

Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu panel iclasları ilə davam edir.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovun və Avstraliyanın Qriffis Universitetinin Mədəniyyət və Dinlərarası Dialoq Mərkəzinin direktoru Brian J. Adamsın moderatorluğu ilə “Qafqazda multikulturalizm” mövzusunda keçiriləcək panel iclasında “Müasir dövrdə – XIX-XX əsrin I rübündə müsəlman dünyasında həyata keçirilən islahatlarda Qafqazın müsəlman türklərinin və Rusiyanın Avropa hissəsinin rolu”, “Udi xristian icmasının timsalında Azərbaycan multikulturalizmi: tarix və müasirlik”, “Qafqaz regionunda dialoq: müəyyənedicilər, müdafiəçilər və inkişaf etdirənlər”, “İslam dünyası və Qərb dünyası arasında dialoqun xüsusiyyətləri”, “Sülhün təmin olunmasında din-düşüncə əlaqələrinin aktuallığı”, “Ənənələr və İslam prizmasından baxıldıqda, Şimal-Qərbi Qafqaz gənclərinin dəyər oriyentasiyaları”, “Qafqaz: xalqların vǝ dinlǝrin mozaikası”, “Ünsiyyət fəlsəfi problem kimi”, “Müqəddəs Cərcic ziyarətgahı multikulturalizm nümunəsi kimi”, “Orta əsrlərdə Azərbaycanda dini dözümlülük Avropa missionerlərinin əsərlərində” məruzələri dinləniləcək.

11 İyul 2019

 

Qafqazda İslam sivilizasiyasının araşdırılmasına həsr edilmiş Beynəlxalq Simpozium tarixi mədəni irsin yenidən və hərtərəfli tədqiqi üçün geniş imkanlar açır.

Beynəlxalq Simpoziuma “Qaqauz və Göyoğuz türkləri ilə Qafqaz türkləri arasında folklor əlaqələri” mövzusunda məqalə təqdim etdiyini deyən Olqa Radova diqqətə çatdırıb ki, qaqauzların etnik tarixi, mədəniyyəti, yaşayış yerləri, demoqrafiyası, folkloru, etnogeni ilə bağlı məsələləri araşdırıb və hazırda bu sahədə tədqiqatlarını davam etdirir.

 

Download Template Joomla 3.0 free theme.