Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

16 Oktyabr 2019

AMEA akad Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş “Şərqin ilk demokratik respublikası” mövzusunda elmi konfransın materialları dərc olunub. Topluda AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibəylinin “Azərbaycan Xalq Cümhuriyyətində maarifçilik hərəkatı və müasir dövr”, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovanın “Azərbaycan Xalq Cümhuriyyəti - müasir Azərbaycanın sələfidir”,  Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyevanın “Azərbaycan Xalq Cümhuriyyətinin qadın siyasəti milli-mədəni sahədə fəaliyyəti”, t.ü.e.d., professor, millət vəkili Fəzail İbrahimlinin “Azərbaycan Xalq Cümhuriyyəti – 100”, Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, i.ü.e.d. Dünyamalı Vəliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi və maliyyə siyasəti”, İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, t.ü.f.d. Vidadi Mustafayevin “Azərbaycan Xalq Cümhuriyyəti–İran münasibətlərinin ideoloji problemləri”, və s. məruzələrin mətnləri dərc olunub.

15 Oktyabr 2019

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Din və ictimai fikir tarixi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Leyla Məlikova 1-10 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilmiş iki beynəlxalq elmi tədbirdə öz məruzələri ilə çıxış edib. Hər iki məruzədə L.Məlikova tərəfindən Azərbaycanın görkəmli ictimai xadim və mütəfəkkirləri Əhməd bəy Ağayev (Ağaoğlu) və Əli bəy Hüseynzadənin həyat və yaradıcılıqlarında əsas, biri-birini tamamlayan iki aspektin – islam birliyi və ümumtürk birliyi ideyalarının dərin iz buraxması məsələsi işıqlandırılıb.

14 Oktyabr 2019

Oktyabrın 15-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib.

Mehriban Əliyeva Vasim Məmmədəliyevin ailə üzvləri ilə görüşdü, Prezident İlham Əliyevin adından və öz adından onlara dərin hüznlə başsağlığı verdi.

14 Oktyabr 2019

Oktyabrın 14-də Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib.

Mərhumun Bakı Dövlət Universitetinin matəmsayağı bəzədilmiş böyük akt zalındakı tabutu önünə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından əklillər qoyulmuşdu. Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.

Akademik Vasim Məmmədəliyevin həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri Bakı Dövlət Universitetinin binasına gələrək görkəmli alimə və gözəl insana son borclarını verirdilər.

Download Template Joomla 3.0 free theme.