Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Noyabrın 20-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Əhməd bəy Ağaoğlu – XX əsr görkəmli Azərbaycan mütəfəkkiri” mövzusunda elmi konfrans keçiriləcək. Konfrans öz işinə saat 11:00-da AMEA-nın əsas binasının II mərtəbəsindəki akt zalında (H.Cavid prospekti 117, II mərtəbə) başlayacaq.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Şərq-Qərb şöbəsinin müdiri və Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində Dağıstan Humanitar İnstitutu və Sankt-Peterburq Universiteti tərəfindən “XXI əsr problemləri kontekstində müsəlman ilahiyyatçılarının mənəvi irsi” mövzusunda təşkil edilən Beynəlxalq Elmi-Tədris Konfransında iştirak edib.
İslam tarixi və mədəniyyətini dərindən bilən mütəxəssislərin hazırlanması məqsədilə həyata keçirilən federal proqram çərçivəsində təşkil edilən konfransda müsəlman ilahiyyatçılarının zəngin mənəvi irsinin tədqiqi, təbliği və tərcüməsi məsələləri ilə yanaşı, qloballaşan dünyanın çağırışlarına cavab vermək üçün həmin irsdən bəhrələnmək imkanları geniş müzakirə olunub. İki gün davam edən konfransda Moskva şəhərinin, Tatarıstan, Başqırdıstan, Udmurtiya və Şimali Qafqaz respublikalarının, Novosibirsk, Voloqda, Volqoqrad vilayətlərinin müxtəlif elm-təhsil müəssisələrini, həmçinin Azərbaycan, Misir, İordaniya və Yəmən kimi xarici ölkələri təmsil edən nüfuzlu alim və mütəxəssislər iştirak ediblər.
Tədbirdə çıxış edən AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Nəsimin irsinin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva Azərbaycan ədəbiyyat və fəlsəfi fikir tarixində İmadəddin Nəsiminin mühüm yer tutduğunu diqqətə çatdırıb.