Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Noyabrın 1-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Abşeron rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, Abşeron Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüqar Bəşirov, AMEA-nın Şərqşünaslıq İnstitunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri, dil-ədəbiyyat müəllimləri, şagirdlər və gənclər iştirak ediblər.
Oktyabrın 30-da AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Şərq ədəbi-fəlsəfi düşüncəsi kontekstində Nəsimi irsi” adlı elmi konfrans keçirilib.
AMEA-nın əsas binasının II mərtəbəsindəki akt zalında keçirilən konfransı giriş sözü ilə AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova açaraq, Azərbaycan Prezidentinin Sərəncamı ilə elan olunan “Nəsimi ili” çərçivəsində keçirilən tədbirlər sırasında Şərqşünaslıq İnstitutunun təşkil etdiyi konfransın da xüsusi yeri olduğunu bildirib. Nəsiminin Azərbaycanın ictimai fikir tarixində bir simvolik şəxsiyyət olduğunu deyən N.Axundova, onun xalqımızın ədəbi fikrində daim yaşayacağını qeyd edib. N.Axundova yaradıcılığı çoxşaxəli olan şairin Azərbaycan ədəbi dilinin formalaşmasında böyük rol oynadığını deyib.
Oktyabrın 30-da AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Şərq ədəbi-fəlsəfi düşüncəsi kontekstində Nəsimi irsi” adlı elmi konfrans keçiriləcək. Konfrans öz işinə saat 11:00-da AMEA-nın əsas binasının II mərtəbəsindəki akt zalında (H.Cavid prospekti 117, II mərtəbə) başlayacaq.
XIV-XV əsrlərdən bəri insanlar Seyid İmadəddin Nəsiminin sirli deyim təsiri bağışlayan şeirlərinə heyran olublar. Elə buna görə də onların bir qismi özündə onun kəlamlarını açmaq qüdrəti olduğuna inanmış və inandırmaq istəmişlər. Çox zaman Nəsiminin düşüncəsi özünütəsdiq vasitəsi kimi istifadə olunub. Amma Nəsimini şairin deyil, tədqiq edənin öz bilik səviyyəsinə uyğun təhlil və tədqiq cəhdi nəticə etibarilə elmi əsası olmayan, ciddi özül üzərində durmayan təhrifli düşüncələrə yol açır. Belə bir yanılma və yanıltmalara Nəsiminin insan fəlsəfəsini, eləcə də onun görüşlərində insanın yerini tədqiq etdikdə rast gəlirik. Qeyd etməliyik ki, Azərbaycan ədəbi və fəlsəfi fikir tarixində xüsusi yeri olan Nəsiminin poetik-fəlsəfi yaradıcılığının siyasi ideologiyaya uyğun öyrənilməsinin əsası orta əsrlərdən qoyulsa da, XX əsr Azərbaycan elmi mühitində tendensiyalılıq daha ön plana keçdi. Bu tərzdə məqsədyönlü və birtərəfli yanaşma isə tədqiqatların çoxunda şairin dünyagörüşü, fəlsəfi əqidəsi, təsəvvüf və irfan barədə düşüncəsi ətrafında fikir dolaşıqlığı yaratdı... Bu mübahisəli məqamlardan biri də şairin humanizmlə əlaqələndirilməsində özünü göstərir. Məlum olduğu kimi, İntibah dövrü fəlsəfəsi insanı bir canlı varlıq olaraq müstəqil subyekt kimi öyrənir. Lakin Nəsiminin fəlsəfi görüşləri orta çağ İntibah dövrü filosoflarının dünyagörüşündən fərqli şəkildədir: mütəfəkkirin insana baxışı insanmərkəzli deyil, irfani-dini düşüncəsinə uyğun olaraq, Allahmərkəzlidir. Şairə görə, insana ali məqam qazandıran ilahi ruhudur. Ümumiyyətlə, onun diqqət mərkəzində duran mövzular insan ruhunun Allaha məhəbbəti, Ona qayıtmaq arzusu, ruhun Yaradanla ilahi vəhdəti və mütləq həqiqətin mahiyyətini dərk etməkdir. Qeyd etməliyik ki, Nəsiminin insan anlayışı statik və dəyişməz deyil, müəyyən anlamda dəyişkəndir. Onun insana baxış bucaqlarında islami, irfani, hürufilik və dünyəvi baxımından dəyərləndirmələri görmək mümkündür və bu baxışların hər birində şairanə yozum ön plandadır. İndi isə şairin hər bir baxış bucağını ayrı-ayrılıqda şərh edək.