Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

25 Oktyabr 2019

Oktyabrın 25-də Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyilə əlaqədar AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialı, Kürdəmir Regional Mədəniyyət İdarəsi ilə birlikdə hazırladığı silsilə tədbirlərinyekunu olaraq ədəbi-bədii məclis keçirilib. İmişli rayon Mədəniyyət Mərkəzində keçirilən Məclisi giriş sözü ilə AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq Nəsiminin sənətkarlığından danışıb. O, Nəsimini klassik Azərbaycan ədəbiyyatının ölməz nümayəndəsi, XIV əsrin sonları, XV əsrin əvvəllərindən başlayaraq müasir dövrə qədər Yaxın və Orta Şərqin ədəbi-ictimai fikrini özünə cəlb edən, sənətkarlığı, dili, üslubu, ifadə tərzi, fəlsəfi ideyaları, dünyagörüşü, ictimai fəaliyyəti, mübarizəsi və şəxsi mərdliyi sayəsində böyük şöhrət qazanan, yaşadığı zamanda və özündən sonra yetişmiş bir çox söz ustalarına, şair və aşıqlara güclü təsir göstərən, onların yaradıcılığına nüfuz edən dahi şair kimi səciyyələndirib.

25 Oktyabr 2019

Bakı Dövlət Universitetində (BDU) xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində xüsusi rol oynamış İmadəddin Nəsiminin anadan olmasının 650-ci ildönümünə həsr olunmuş “Türk dünyasının mədəniyyət səfirləri: Nəsimi beynəlxalq simpoziumu” keçirilib.
BDU və Türkiyənin Sivas Universitetinin birgə təşkilatçılığı ilə keçirilən simpoziumda AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Səadət Şıxıyeva "Nəsiminin janr poetikası" adlı məruzə ilə çıxış edib. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

24 Oktyabr 2019

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşunaslığı” jurnalının № 2 (18), 2019 sayı işıq üzü görüb. Jurnalın ilk bölməsi əsasən görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunub. Jurnalın “Aida İmanquliyeva-80” bölməsində akademik Gövhәr Baxşәliyevanın “Şәrqşunaslıq elmimizin dünya şöhrәtli görkәmli nümayәndәsi”, professor Vilayәt Cәfәrovun “ Mәn Aida İmanquliyeva haqqında yazdığım ilk mәqalәmdә nәdәn danışırdım” məqalələri və digər yazılar yer alıb. Jurnalda həmçinin Aida İmanquliyevanın özünün vaxtilə yazdığı bir neçə məqalə oxuculara təqdim olunub.

24 Oktyabr 2019

Oktyabrın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev lektoriyasında Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Nəsimi ili ilə əlaqədar tələbələr üçün “Nəsimi: kim idi, yeni tədqiqatlar: nə əslində necədir” adlı elmi seminar keçirilib. Seminar ötən ilin noyabr ayından etibarən könüllü əsaslarla tələbələrin elmi dünyagörüşünü artırmaq məqsədi ilə ADPU-da icra olunan Aprel Şəhidi Nurəddin Mirzəyevin xatirəsinə həsr edilmiş maarifləndirici elmi seminarlar layihəsi silsiləsindən növbəti görüşdür.

Seminarda ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, tədqiqatçı alim, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, institutun “Nəsimi qrupu”nun rəhbəri, müasir Azərbaycan nəsimişünaslığının ən dəyərli simalarından biri olan dosent Səadət Şıxıyeva, layihə rəhbəri Taleh Mirzəyev və TGT sədri Nurlan Hüseynov iştirak edib.

Download Template Joomla 3.0 free theme.