Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Bakı Konqres Mərkəzində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "NƏSİMİ-650" adlı layihə çərçivəsində klassik Azərbaycan şairi, filosofu İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə "Nəsimi-650" adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar bu il ölkəmizdə Prezident İlham Əliyevin sərəncamı ilə böyük şairimiz İmadəddin Nəsiminin yubileyinin geniş şəkildə qeyd edilməsini və bu ilin "Nəsimi ili" elan edilməsini Azərbaycan, eləcə də dünya mədəniyyətində əlamətdar hadisə adlandırdı.
Qeyd etdi ki, DGTYB də öz növbəsində İmadəddin Nəsimi irsinin gənc nəslə daha dərindən və ətraflı çatdırılması üçün "Nəsimi ili"nə öz töhfəsini verir. Daha sonra çıxış edən DGTYB Məsləhət Şurasının başqanı, Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı Nəsimi yaradıcılığının fəlsəfi və mənəvi özəlliklərinə toxundu və vurğuladı ki, Nəsimi yaradıcılığını olduğu kimi, dərin qatları ilə gənc nəslə çatdırmaq olduqca önəmlidir. Onun insana verdiyi dəyər bu gün də aktualdır. Tədbirdə Nəsimi irsinin tanınmış araşdırmaçısı, AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu Nəsimi qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva şairin yaradıcılığında mühüm yer tutan hürufilikdən və İmadəddin Nəsiminin öz dövründə insanlara təsir etməsi qabiliyyətindən və onu ölümə aparan səbəblərdən ətraflı söhbət açdı.
Cari ilin 18 oktyabrında Amsterdam Universitetində “Ziya Bünyadov və Azərbaycanın keçmişinin icadı” (“Ziya Buniatov and the İnvention of an Azerbaijani Past”) mövzusunda dissertasiyanın müdafiəsi olub. Müəllif - xanım Sara Krombax adı çəkilən universitetin Şərqi Avropa tədqiqatları üzrə mütəxəssisidir.
Amsterdam Universitetinin əməkdaşı kimi o, “Sovet şərqşünaslığının mirası: elmi cəmiyyətlər, təşkilatlar, tədqiqatlar” (“The legasy of the Soviet Oriental Studies; networks: organizations: discourses”) adlı tədqiqat layihəsinin iştirakçısı olub. Sara Krombax öz tədqiqat mövzusu kimi Azərbaycan şərqşünaslığının sovet və postsovet dövründə inkişafını seçib. Bu məqsədlə o, Azərbaycandakı Şərqşünaslıq İnstitutunun əməkdaşları, eləcə də Moskva və Sankt-Peterburqda rusiyalı şərqşünaslarla müsahibələr aparıb.
Görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan kötükcəsi Alban Klod noyabrın 1-də AMEA Şərqşünaslıq İnstitutunda olub. A.Klod Şərqşünaslıq İnstitutununu direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Görüşdə Şərqşünaslıq İnstiturunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi və AMEA Tarix institutununu aparıcı elmi içisi. tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova iştirak ediblər.
Alban Klod Hacı Zeynalabdin Tağıyevinikinci oğlu Sadıxın nəticəsidir. O, həmçinin ana tərəfdən Qacar hökmdarı Fətəli şahın nəvəsi, vəliəhd Abbas Mirzənin oğlu Bəhmən Mirzənin, eləcə də görkəmli Azərbaycan yazıçısı Mirzə Fətəli Axundovun nəslindəndir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Demokratiyanın İnkişafı Problemləri Mərkəzi” İctimai Birliyi “İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan tədbirlərin və esse müsabiqəsinin təşkili” layihəsi çərçivəsində ilk tədbirini keçirib. Tədbiri açan İctimai Birliyin sədri Mütəllim Rəhimov dedi ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilmişdir. Bu ideyanın ictimai dəstəyə ehtiyacı olduğunu bildirən M.Rəhimov, eyni zamanda dedi ki, gənc nəslin Azərbaycanın böyük şairi və mütəfəkkiri Nəsiminin qoyduğu ədəbi-bədii irsi öyrənərək tərbiyə edilməsi gələcəyimizin əmin əllərdə olmasına zəmanət verə bilər.
Daha sonra çıxış edən filologiya üzrə fəlsəfə doktoru, Nəsimişünas alim Səadət Şıxıyeva Nəsiminin həyatı haqqında ətraflı məlumat verdi. O, indiyədək bəlli olmayan çoxsaylı faktları açıqladı. Dedi ki, Nəsimi ilə Fəzlullahın qohumluq əlaqələri, Nəsiminin onun qızı ilə evlənməsi heç bir tarixi qaynağa söykənmir. “Fəzlullahın vəsiyyətnaməsindən belə nəticəyə gəlmək olar ki, Fatimə atasının sağlığında onun xəlifələrindən birinə ya ərə verilibmiş, ya da nişanlanıbmış. Çünki o qızından dönə-dönə üzr istəyir ki, “mən həmin adamı bir iş dalınca göndərdim, o, qayıdıb gəlmədi”. Hürufi mətinlərini izləyəndə görünür ki, Fatimənin övladları haqqında məlumat yoxdur. Görünür ki, Fatimə sonradan ailə qurmayıb – S.Şıxıyeva çıxışı zamanı bildirdi.