Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
İyunun 2-də AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda yay imtahan sessiyası başlayıb. Bu gün Ədəbiyyatşünaslıq(Yaxın və Orta Şərq) ixtisaslaşması üzrə I kurs magistrantlar "Ərəb dili" fənni üzrə imtahan veriblər. İnstitutun baş direktoru akademik G.B.Baxşəliyevanın rəhbərliyi və "Təhsil şöbəsinin müdiri" f.ü.f.d., dos. L. M. Bayramovanın təşkilatçılığı ilə imtahanda fənn müəllimləri Lalə Bayramova və Əzizə İsmayılova, nəzarətçi və tələbələr iştirak ediblər.
Hər yaşadığımız yeni il milli tariximizin, ictimai həyatımızın, mədəniyyətimizin formalaşmasında və inkişafında müstəsna əhəmiyyətə malik fövqəladə hadisə, yaxud şəxsiyyətə həsr olunur. Bu, artıq ənənə xarakteri alıb: “Nəsimi İli”, “Nizami Gəncəvi İli”, “Azərbaycan Xalq Cümhuriyyəti İli”, “Şuşa İli”, “İslam həmrəyliyi İli”, “Multikulturalizm İli” və s. Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Bu əlamətdar hadisə münasibətilə Ulu Öndərin zəngin həyat yolunu, çoxşaxəli titanik fəaliyyətini, yeritdiyi daxili və xarici siyasəti, dövlət quruculuğunda gördüyü böyük işləri, bütövlükdə xalqımızın və dövlətimizin inkişafı naminə həyata keçirdiyi fövqəladə missiyanı bir daha təhlil etmək zərurəti yaranır. Qəti əminəm ki, Heydər Əliyev kimi nəhəng şəxsiyyətin fəaliyyətini müəyyən zaman kəsiyində qiymətləndirmək doğru deyil. İctimai elm çoxdan mütləq həqiqəti ortaya qoymuşdur. Böyük dövlət xadimlərinin fəaliyyəti yalnız müqayisəli-tarixi aspektdə qiymətləndirilməli, onların ölkəsinin və xalqının taleyində oynadığı rolu yalnız zaman özü dəyərləndirməlidir. Məşhur bir deyimə görə, dağın əzəmətini duymaq və müşahidə etmək üçün ona uzaqdan baxmaq lazımdır. Tarixi hadisələr də belədir.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova Türkiyənin paytaxtı Ankarada keçirilən VII Biltek Beynəlxalq Elmi Tədqiqatlar və Mövcud İnkişaflar Konfransında iştirak edib.
Mayın 25-27-də Naxçıvan Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və milli dövlətçilik məsələləri” mövzusunda Respublika konfransı keçirilib. Konfransda AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov və Din və ictimai fikir şöbəsinin müdiri, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d. Elnur Mustafayev iştirak ediblər.
