Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

17 İyun 2023

Yazılı abidələrin tədqiqi və nəşri şöbəsi 1958-ci ildən başlayaraq AMEA-nın Şərqşünaslıq İnstitutunun tərkibində fəaliyyət göstərir. Bu müddət ərzində yüzlərlə əlyazmaların tekstoloji və filoloji tədqiqatları aparılıb, Şərqin məşhur alim və mütəfəkkir, filosof, filoloq, şair və yazıçılarının əsərləri çap olunub. Şöbənin tədqiqat işi ənənəvi olaraq geniş Yaxın və Orta Şərq arealını əhatə etsə də, son illərdə Azərbaycan alimlərinin maraq dairəsinə yeni regionlar, o cümlədən Mərkəzi Asiya, Pakistan, İsrail və digər ölkələr daxil olur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Mehdi Kazımov söyləyib.

17 İyun 2023

İyunun 16-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Laura Orucovaya səmərəli elmi fəaliyyətinə görə Şərqşünaslıq İnstitutunun Fəxri fərmanı təqdim edilib.

Fəxri fərmanı AMEA-nın vitse-prezidenti v.i.e.,  Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva təqdim edib.

17 İyun 2023

İyunun 16-da AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində “Müasir Türkiyədə seçki sistemi və seçkilər (2002-2023)” mövzusunda elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva bu il Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə institutda bir sıra elmi tədbirlərin keçirildiyini, sentyabr ayında bu mövzuda beynəlxalq elmi konfransın keçiriləcəyini bildirərək, təşkil edilən elmi seminarlar çərçivəsində bu dəfə Türkiyədə keçirilən seçkilərə həsr olunmuş seminarın keçirildiyini bildirib.  

17 İyun 2023

İyunun 16-da AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurası­nın növ­bə­ti iclasında akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Elman Quliyevə 65 illik yubileyi münasibətilə AMEA-nın İctimai Elmlər Bölməsinin Fəxri fərmanı təqdim edilib.

Fəxri fərmanı yubilyara AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva təqdim edib.

Download Template Joomla 3.0 free theme.