Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı 8 may tarixində Faiq Rzayev adına 150 nömrəli tam orta məktəbdə keçirilən 2023-cü il Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik ildönümünə həsr olunmuş “Qızıl örnək” adlı tədbirdə iştirak edib.
Aprelin 28-dən mayın 10-dəkŞərqşünaslıq İnstitutunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibəti ilə keçirilən və institutun qadın əməkdaşlarının əl işlərindən ibarət "Zərifliyə ithafən" adlı sərginin bağlanış tədbiri olub.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev Sultan Mehmet Vakıf Universitetinin təşkilatçılığı ilə İstanbulda keçirilən “Ərəb dili və ədəbiyyatı araşdırmaları” II beynəlxalq elmi konfransında onlayn iştirak edib.
Şərqşünas alim konfransda “Azərbaycan epiqrafik abidələrində ərəbcə yazı örnəkləri” mövzusunda məruzə ilə çıxış edib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov Türkiyədə İstanbul Arel Universiteti tərəfindən keçirilən II Beynəlxalq Ədalət Konqresində iştirak edib.
Konqresdə Namiq Məmmədovun “Ədalət və İnkişaf Partiyasının hakimiyyəti dövründə Türkiyədə hüquqi islahatlar (2002-2015)” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Türkiyədə hüquqi sahədə həyata keçirilən islahatlar, onların səbəbləri, həyata keçirilməsini zəruri edən amillər və reallaşdırılması zamanı qarşıya çıxan problemlər, həmçinin əldə olunan nəticələr əksini tapıb.
