Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

31 May 2023

Mayın 30-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 28 May Müstəqillik Gününə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva 105 il öncə - 1918-ci il mayın 28-də yaradılan Şərqin ilk demokratik respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 aylıq fəaliyyəti dövründə qazandığı uğurlardan danışıb.

26 May 2023

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “İnformasiya cəmiyyətində mədəni-tarixi irsin qorunması və ötürülməsində kitabxanaların rolu” mövzusunda respublika elmi konfransı keçirilib.

26 May 2023

 

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi katibi Səbinə Səmədova, Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri Fərda Əsədov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülər Qafqazlı Kiyevdə M.P.Draqomanov adına Pedaqoji Universitetin təşkilatçılığı ilə keçirilən şərqşünas alim Volf Beylisin xatirəsinə həsr olunmuş “Avropa və Şərq” adlı beynəlxalq konfransda onlayn iştirak ediblər.

26 May 2023

 

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova Özbəkistanın Daşkənd şəhərində keçirilən Əlişir Nəvai Beynəlxalq Sosial və Humanitar Elmlər Konfransında iştirak edib.

Download Template Joomla 3.0 free theme.