Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibəti ilə təşkil edilən “Zərifliyə ithafən” adlı sərgini AMEA-nın müxtəlif institutlarını təmsil edən Gənc Alim və Mütəxəssislər Şuralarının sədrləri ziyarət edib.
Şərqşünaslıqİnstitutunun əməkdaşlarının əl işləri nümayiş etdirilən sərgi ilə mayın 5-də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev, sədr müavini Şəfa Budaqova, Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günel Orucova və digər gənc alimlər tanış olublar.
Sərgidə nümayiş etdirilən rəsm və əl işləri ziyarətçilərdə müsbət təəssüratlar oyadıb və onların diqqətini cəlb edib.
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 100 il ötür. Heydər Əliyevin Azərbaycanın inkişafında müxtəlif sahələrə verdiyi töfhələr haqqında AMEA -nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı "Olaylar"-a danışıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibəti ilə təşkil olunan və institutun qadın əməkdaşlarının əl işlərindən ibarət "Zərifliyə ithafən" adlı sərgi ilə tanış olub.
Şamaxı Rayon İcra Hakimiyyətinin və Şamaxı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan: qüdrətli dövlətçilik, milli inkişaf və böyük zəfər "adlı elmi-praktiki konfrans keçirilib.
