Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Aprelin 15-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibəti ilə təşkil edilən tədbirlər çərçivəsində “Nizami leksikasının tədqiqinə dair (M.Məmmədovanın tədqiqatları əsasında)” mövzusunda seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Mehdi Kazımov bildirib ki, 2021-ci il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Nizami Gəncəvi ili” elan edilib və bununla əlaqədar AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda həyata keçirilən tədbirlər sırasında növbəti seminar dahi şairin əsərlərinin leksikasının tədqiqinə həsr olunub. M.Kazımov Nizami dilinin klassik fars dili mühitində öz çoxmənalılığı, rəngarəngliyi ilə seçildiyini bildirib. Qeyd edib ki, Nizami yaradıcılığında bir söz bir neçə məna verir, ona görə də şairin əsərlərinin tərcüməsi də heç də asan olmur.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Yazılı abidələrin tədqiqi və nəşri” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İnci Qasımlının “Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi və müqayisəli mətni” kitabı işıq üzü görüb.
Monoqrafiyada Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi aparılıb. Kitabın “Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbinin dövrü, mühiti, həyatı və yaradıcılığı” adlı birinci fəslində “Kitabi-taci-ədəb”in müəllifinin həyatı tədqiq edilir, onun yaradıcılıq fəaliyyəti dövrünün ədəbi mühiti barədə ətraflı məlumat verilir.
AMEA-nın İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan müəssisənin direktoru, i.e.d., professor Nazim İmanov tədbirin mövzusu və məruzəçisi barədə məlumat verib.
Sonra AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Dünyamalı Vəliyev “Müasir geosiyasi gəlişmələr və dolların iflası” adlı məruzə ilə çıxış edib. Tədqiqatçı dünyada baş verən geosiyasi və geoiqtisadi proseslər, dünya iqtisadiyyatına və valyuta bazarına təsir göstərən başlıca amillər, ölkələr arasındakı gizli və açıq nüfuz savaşı, rəqabətin güclənməsi, iqtisadi maraqların toqquşması, Yaxın Şərqdə, Avropa və Asiyada baş verən proseslər, hərbi münaqişələr, regional ticarət maraqları, böyük dövlətlərin qlobal idarəetmədə rolu və dünya iqtisadiyyatına təsir imkanları barədə danışıb.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının müsahibəsi www.turkishnews.com/tr saytında dərc olunub:
Dost ve kardeşimiz Azerbaycan, şimdi işgalden kurtarılmış topraklarında yeniden yapılandırma çalışmalarına başladı. Dağlık Karabağ’ın Ermenistan işgalinden kurtarılmasından sonra bu zengin ve verimli topraklardan daha fazla yararlanmak için yeni bir dönem başlatılacak. Yerli ve yabancı yatırımcıların buraya çekilmesi için de yeni bir planlamaya gidilecek.
