Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

18 Oktyabr 2021

Oktyabr ayının 14-15 tarixlərində Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində “Multikultural dünyada islam” mövzulu beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə bir sıra ölkələrdən tarix, beynəlxalq münasibətlər, sosiologiya, dinşünaslıq və digər sahələrin mütəxəssisləri iştirak edib. Konfransın əsas məqsədi müasir dünyada islam dininin vəziyyəti, Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya və Qafqaz ölkələrində baş verən mühüm ictimai-siyasi proseslərə dini amilin təsiri, beynəlxalq və regional təhlükəsizliyin təminində islam faktorunun rolu, islam aləmində sosial-iqtisadi inkişafın perspektivləri və digər məsələlərinin müzakirə edilməsi idi. Tədbir iştirakçıları iki gün ərzində qeyd edilən problemlər ətrafında geniş diskussiyalar aparıb və fikir mübadiləsi ediblər.

16 Oktyabr 2021

     İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı, Qəbələ, İsmayıllı, Qobustan Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunan “Heydər Əliyev və müstəqil dövlətçilik tariximiz” adlı videokonfrans keçirilib.

   Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova tədbiri açaraq Azərbaycanın müstəqillik tarixindən danışıb. Vurğulayıb ki, bütün fəaliyyəti dövründə xalqımızın əldə etdiyi ən böyük uğurların hər birində Heydər Əliyev imzası var. Ulu Öndər həyatı boyu vətəninin, xalqının gələcəyini düşünüb, Azərbaycanın müstəqilliyinin əbədiliyi üçün bu dövlətin ideya əsaslarını müəyyənləşdirib.

Videokonfransda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı ulu öndər Heydər Əliyevin dövlətçilik konsepsiyası, daxili və xarici siyasəti mövzusunda geniş məruzə ilə çıxış edib.

16 Oktyabr 2021

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov oktyabrın 14-16-da Türkiyənin Van Yüzüncü il Universitetinin təşkil etdiyi UTAS-3 Beynəlxalq Türkoloji Araşdırmaları Simpoziumunda iştirak edib.

Şərqşünas alim Zoom platforması vasitəsilə qatıldığı simpoziumda ingilis dilində “Ədalət və İnkişaf Partiyasının seçki qələbələrini təmin edən əsas amillər (2002-2015)” mövzusunda məruzə edib. Məruzədə Türkiyədə Ədalət və İnkişaf Partiyasının 2002-2015-ci illər arasında həyata keçirilən parlament, prezident və bələdiyyə seçkilərində, o cümlədən referendumlarda qələbə qazanmasına gətirib çıxaran amillər araşdırılıb. Bu amillər arasında lider, iqtisadi və sosial inkişaf, seçkilərə hərtərəfli hazırlıq və s.nin rolu xüsusi vurğulanıb.

12 Oktyabr 2021

15 oktyabr 2021-ci il saat 14:00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5717.01– Türk xalqları ədəbiyyatı ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.

 

Download Template Joomla 3.0 free theme.