Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

23 Aprel 2021

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu yaranan gündən türkoloji tədqiqatlara böyük önəm verir, Osmanlı İmperiyası və Türkiyə Cümhuriyyətinin tarixini, ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafını ətraflı araşdırır.

Tarix problemlərinə həsr olunmuş tədqiqatlar, istər orta əsrlər, istərsə də yaxın tarixi keçmiş və Türkiyə tarixinin ən yeni dövrünü əhatə etmişdir. Tarixçi alimlərimiz Türkiyədə milli-azadlıq hərəkatı, Türkiyə Respublikasında dünyəvilik prinsipinin bərqərar edilməsi, millətçilik ideologiyasının formalaşması, ictimai və bədii-estetik fikrin yaranması, maarif və mədəniyyətin inkişafı, islam, müasir Türkiyədə müxtəlif ictimai-siyasi hərə­katlar problemlərinin öyrənilməsinə xüsusi diqqət yetirmişlər.

23 Aprel 2021

       AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professorElman Quliyev qazax ədəbiyyatı və mədəniyyətinin tədqiqi və təbliğindəki xidmətlərinə görə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyinin “Təşəkkür məktubu” ilə təltif edilib.

     Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyində keçirilən mərasimdə səfir Serjan Abdıkarimov “Təşəkkür məktubu”nu professor Elman Quliyevə təqdim edib.

19 Aprel 2021

Azərbaycanın görkəmli türkoloq alimi, AMEA akademik Ziya Bünyadiv adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin müdirif.ü.f.d. Esmeralda Həsənovanın əsərləri beynəlxalq müstəvidə müasir türkoloji problemlərin öyrənilməsində böyük əhəmiyyət kəsb edir və mənbə rolunu oynayır. Esmeralda Həsənovanın bu sahəyə dair yeddi monoqrafiyası və yüzlərlə elmi məqalələri müxtəlif dillərdə olmaqla ölkəmizdə, həmçinin Türkiyə, bir sıra Avropa və postsovet ölkələrində dərc edilib. Qeyd etmək lazımdır ki, E.Həsənovanın Türkiyənin tarixi, mədəniyyəti, ictimai-siyasi həyatı, din, millətçilik, din və dövlət müasibətlərinə dair yazdığı elmi tədqiqat əsərləri bir çox dünya şöhrətli alimlərin və dövlət xadimlərinin maraqını cəlb edib, bir sıra dissertasiya işlərində istinad kimi istifadə edilib.

19 Aprel 2021

Bu ilin mart ayının 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə Qazaxıstan Respublikasının ərazisində yerləşən Türküstan şəhəri Türk dünyasının mənəvi mərkəzlərindən biri elan edilib. Tarixən Türküstan şəhəri burada dəfn olunan böyük din və təsəvvüf xadimi, müasirləri və xələfləri arasında “pir-i Türkistan” və “həzrət-i Türkistan” adlandırılan, Orta Asiyadan Anadoluya qədər regionda geniş yayılan “Divan-i Hikmət” adlı fəlsəfi-mənəvi şeirlər toplusunun müəllifi Xoca Əhməd Yəsəvinin məzarı ilə şöhrət qazanıb. XIV əsrin sonlarında Əmir Teymur tərəfindən bu şəxsin məzarı üzərində möhtəşəm məqbərə kompleksi ucaldılıb.

Download Template Joomla 3.0 free theme.