Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Azərbaycan Milli Elmlər Akademiyası akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun dissertantı, fil.ü.f.d, dos. Elmira Məmmədova-Kekeçin filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi “Türk xalqları ədəbiyyatında vücudnamələr: arxitektonikası və məzmun özəllikləri” adlı dissertasiya işinin BED 1.18 Dissertasiya Şurası üzrə Elmi seminarının müzakirəsi 25 may 2021-ci il saat 10:15-də keçiriləcəkdir.
26 may 2021-ci il saat 14.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5718.01 – Dünya ədəbiyyatı (fars ədəbiyyatı) ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.
İddiaçı: Cavanşir Nadir oğlu Məmmədzadə
İxtisas: 5718.01 – Dünya ədəbiyyatı (fars ədəbiyyatı)
Elm sahəsi: Filologiya
Dissertasiya işi Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasında yerinə yetirilmişdir.
Elmi rəhbər: filologiya üzrə elmlər doktoru, professor
Mehdi Davud oğlu Kazımov
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini akademk Şahin Mustafayev Rusiyada yeni nəşrə başlayan “Orientalia Digital” /“Цифровое востоковедение”/ (“Rəqəmsal şərqşünaslıq”) adlı elmi jurnalın beynəlxalq redaksiya heyətinə üzv seçilib.
Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi rəhbəri akademik V.V.Naumkin tərəfindən Ş.Mustafayevə ünvanlanan dəvət məktubunda Azərbaycan aliminin böyük elmi təcrübəsi və aktiv tədqiqat fəaliyyəti nəzərə alınaraq, onun yeni nəşrə başlayan jurnalın redaksiya heyətinə üzv seçildiyi barədə məlumat verilir.
