Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

15 İyul 2021

İyulun 16-da AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu və  Mehmet Akif Ərsoy Vəqfinin birgə təşkilatçılığı ilə Beynəlxalq Yunus Əmrə Simpoziumu keçiriləcək.

Onlayn şəkildə ZOOM vasitəsilə təşkil edilən Simpozium öz işinə saat 11:00da başlayacaq.

Simpoziumda iştiraka aşağıdakı link vasitəsilə qatılmaq olar:

12 İyul 2021

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova iyulun 9-11-də keçirilən VI Beynəlxalq Paris Sosial Elmlər Konfransında iştirak edib.

Konfransın işinə ZOOM proqramı vasitəsilə qatılan şərqşünas “XX əsrin sonu-XXI əsrin əvəllərində Misirin ictimai-siyasi mənzərəsinin yeni dövr ədəbiyyatında inikası” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə XX əsrin sonu-XXI əsrin əvvəllərində Misirin ictimai-siyasi həyatında baş verən tarixi hadisələrin fonunda cəmiyyətdə yaşanan reallıqların həmin dövr ədəbiyyatında inikası istiqamətində aparılmış maraqlı təhlil və nəticələr səsləndirilib. Eləcə də müasir Misir ədəbiyyatında yaranan yeni tendensiyalar diqqətə çatdırılıb.

09 İyul 2021

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. Toplantıda İnstitutun 2021-ci ilin birinci yarısında elmi-təşkilati fəaliyyəti müzakirə olunub.

2021-ci ilin ilk yarısında İnstitutun əməkdaşları səmərəli elmi fəaliyyət göstərərək, “Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni-tarixi inkişafı və Azərbaycanla əlaqələri” istiqaməti üzrə araşdırmalarını davam etdiriblər.

05 İyul 2021

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda hazırlanan “60`lardan Günümüze Azerbaycan Hikayesi” kitabı Türkiyədə çapdan çıxıb.

Ankarada Bengü nəşriyyat evində nəşr olunan kitabın redaktoru Şərqşünaslıq İnstitutunundirektoru, akademik Gövhər Baxşəliyeva, çapa hazırlayan İnstitutun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin elmi işçisi, f.ü.f.d. Lalə Qasımlıdır.

Download Template Joomla 3.0 free theme.