Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

10 Dekabr 2021

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, İnstitutun Həmkarlar Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı ictimai fəaliyyəti, Azərbaycan həqiqətlərinin ölkəmizdə və xaricdə təbliğində xidmətlərinə görə AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) Fəxri fərmanı ilə təltif edilib.

Fəxri fərmanı S.Talıblıya AHİ-nin sədri hüquq elmləri doktoru, professor Habil Qurbanov təqdim edib.

Professor H.Qurbanov S.Talıblının elmi yaradıcılıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olduğunu, onun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xeyli işlər gördüyünü, alimin 100-dən artıq məqaləsinin xaricdə müxtəlif dillərdə çap olunduğunu bildirib.

10 Dekabr 2021

Dekabrın 10-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirin əvvəlində Şərqşünaslıq İnstitutunun əməkdaşları Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Gövhər Baxşəliyeva açıb. O, öz çıxışında Ulu Öndərin Azərbaycan xalqının həyatında oynadığı böyük roldan danışıb. G.Baxşəliyeva ümummilli liderin xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət kimi düşdüyünü qeyd edib. G.Baxşəliyeva Ulu Öndər Heydər Əliyevin həm sovet dövründə respublikamıza rəhbərliyi zaman, həm də müstəqillik illərində ölkə prezidenti kimi Azərbaycanda böyük iqtisadi inkişafa nail olduğunu vurğulayıb.

09 Dekabr 2021

UNESCO Baş Direktorunun Sosial və humanitar sektor üzrə məsul müavini xanım Qabriela Ramos AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, UNESCO-nun İpək Yolları Proqramı üzrə Azərbaycanın əlaqələndiricisi akademik Şahin Mustafayevə məktub ünvanlayıb. Məktubda Azərbaycan aliminə UNESCO-nun Gənclər üçün İpək Yolu Tədqiqat qrantı müsabiqəsinin münsiflər heyətində uğurlu fəaliyyətinə görə təşəkkür bildirilib.

Qeyd edək ki, UNESCO 2021-ci ildə  gənc alimlər arasında İpək Yolu ilə bağlı elmi tədqiqatları təşviq etmək məqsədi ilə müsabiqə elan edib. Müsabiqənin münsiflər heyətinə dünyanın bir neçə ölkəsindən tanınmış alimlər, o cümlədən akademik Şahin Mustafayev seçilib.

08 Dekabr 2021

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Zenfira Rüstəmovanın və elmi işçisi Gülşən Həmidlinin rus dilində “Категория числа и рода в литературном арабском языке” (“Ərəb ədəbi dilində kəmiyyət və cins kateqoriyaları”) kitabı çapdan çıxıb. Kitab bu il oktyabr ayının 23-də dünyasını dəyişmiş mərhum alim Zenfira Rüstəmovanın ölümündən sonra işıq üzü görüb.

Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Laura Orucovadır.

“Ərəb ədəbi dilində kəmiyyət və cins kateqoriyaları” adlı əsər, adından da bəlli olduğu kimi, dilçilərin diqqət mərkəzində duran və günü-gündən daha çox marağa səbəb olan məsələlərdən birinə – qrammatik kateqoriyalara həsr olunub. Monoqrafiyada ərəb qrammatikasının az tədqiq edilmiş bölməsi - kəmiyyət və cins kateqoriyaları hərtərəfli tədqiq edilib.

Download Template Joomla 3.0 free theme.