Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

26 Mart 2021

2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan olunmuşdur. AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq  İnstitutu bu sərəncama uyğun olaraq  24 sentyabr 2021-ci il tarixində “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda Beynəlxalq Elmi Konfrans təşkil edəcək. Şərqşünaslıq İnstitutu beynəlxalq elmi konfransda iştirak üçün məruzələrin tezislərinin qəbulunu elan edir.

19 Mart 2021

      Martın 19-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 Mart - Elm Gününə həsr olunan tədbir keçirilib.
      Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ölkədə elmə dövlət qayğısından danışaraq, Prezident İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə respublikada Elm Gününün təsis edilməsinin bu diqqətin bariz nümunəsi olduğunu  vurğulayıb.
      G.Baxşəliyeva ulu öndər Heydər Əliyevin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə birinci görüşünü məhz Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladan Gövhər xanım, onun həmin görüşdə söylədiyi sözləri yada salıb: “Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq”.

12 Mart 2021

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə 27 mart - Elm Günü təsis edilib. Elm günü münasibəti ilə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kitablarının sərgisini diqqətinizə çatdırırıq.

12 Mart 2021

2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan olunmuşdur. AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq  İnstitutu bu sərəncama uyğun olaraq  24 sentyabr 2021-ci il tarixində “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda Beynəlxalq Elmi Konfrans təşkil edəcək. Şərqşünaslıq İnstitutu beynəlxalq elmi konfransda iştirak üçün məruzələrin tezislərinin qəbulunu elan edir.

Download Template Joomla 3.0 free theme.