Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Gülər Qafqazlı Misirin Qahirə şəhərində “Hivar” Beyin Mərkəzində keçirilən “Müasir dünyada qadın problemləri” adlı konfransda “Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın timsalında Azərbaycan qadını” adlı məruzə ilə onlayn çıxış edib.
AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva iclasın gündəliyini iştirakçılarının diqqətinə çatdırıb.
Martın 7-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda öz işinə başlayan görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, professor, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq elmi konfransa yekun vurulub.
Martın 6-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda öz işinə başlayan görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, professor, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq elmi konfrans açılışdan sonra 7 bölmədə davam edib.
