Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

01 Mart 2023

Martın 1-də AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda – 1 mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda tədbir keçirilib.

İnstitutun əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə İnstitutun Mülki Müdafiə qərargahının rəisi Namiq Abdullayev martın 1-nin Ümumdünya Mülki Müdafiə Günü olduğunu qeyd edərək, fövqəladə hallarda müvafiq biliklərə malik olmanın əhəmiyyətindən danışıb.

26 Fevral 2023

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş “Ulu Öndər Heydər Əliyevin dünyaya tanıtdırdığı faciə: Xocalı soyqırımı” adlı tədbir keçirilib.

26 Fevral 2023

Fevralın 24-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edilib.

Tədbiri AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva açaraq fevralın 26-nın Azərbaycan xalqı üçün çox ağrılı bir gün olduğunu söyləyib, 31 il öncə Xocalıda həyata keçirilmiş hərbi əməliyyat nəticəsində kütləvi qətliam və insanlığa qarşı zəmanəmizin ən dəhşətli cinayətlərindən birinin baş verdiyini deyib.

24 Fevral 2023

Xalqımızın XX əsrdə məruz qaldığı Xocalı soyqırımı ermənilərin dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri silsilə cinayətlərinin ən dəhşətlisidir. Bu faciədən əvvəl də Xocalı 1905-ci, 1906-cı, 1917-ci və 1918-ci illərdə erməni təcavüzünə məruz qalıb, yandırılıb və dağıdılıb. Ermənilər bu faciəyə Qarabağ münaqişəsi başladıqdan sonra hazırlıq görmüşdülər. 1991-ci ilin oktyabrında şəhərin blokadası tam başa çatdırılmışdı. Yanvarın 2-dən etibarən şəhərin elektrik enerjisi təchizatı dayandırılmışdı. Xocalıya gedən bütün avtomobil yolları bağlandığından yanvar ayının 28-nə qədər şəhərə gediş-gəliş yalnız helikopterlər vasitəsilə həyata keçirilirdi.

Download Template Joomla 3.0 free theme.