Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

31 Mart 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı və böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri 320 nömrəli məktəbdə “Heydər Əliyev ili” və 1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımın 105-ci ildönümü ilə əlaqədar “31 mart azərbaycanlıların soyqırımının tarixi və siyasi cəhətdən öyrənilməsi”adlı konfransda işrirak ediblər.

31 Mart 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidinin rus dilində “Qarabağ-Zəngəzur. 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə” kitabı işıq üzü görüb.

Bu nəşr 1917-1920-ci illərdə baş vermiş qanlı hadisələrə həsr olunmuş “Azərbaycan hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının sənədləri” seriyasından növbəti sənədlər toplusudur və Azərbaycanın Qarabağ bölgəsində, Gəncə quberniyasının Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzasında törədilən qətliamları əhatə edir.

31 Mart 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova Braziliyanın Rio de Janeyro şəhərində keçirilən IV Latın Amerika Beynəlxalq Sosial və Humanitar Elmlər Konfransına onlayn qatılaraq “Uşaq ədəbiyyatı oxucularının yaş xüsusiyyətləri” adlı məruzə ilə çıxış edib.

31 Mart 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova Türkiyənin Samsun şəhərində keçirilən III Beynəlxalq Qara dəniz Modern Elmi Araşdırmalar Konfransında onlayn iştirak edib. Bolqarıstan Elmlər Akademiyası, İKSAD İnstitutu, Buxarest Universiteti, Qara dənizə çıxışı olan ölkələrin Elmi Assambleyası, QaraSAM-Qara dəniz strateji araşdırma və tətbiq mərkəzlərinin birgə təşkilatçılığı ilə baş tutan konfransa 30-dan çox ölkənin alim və tədqiqatçıları qatılıb.

Download Template Joomla 3.0 free theme.