Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Misir Ərəb Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adil İbrahim Əhməd İbrahim mayın 16-da AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Səfir əvvəlcə Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə Şota Rustaveli adına Batumi Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memorandumda tərəflər arasında elm və təhsil sahələrində əməkdaslığın inkisafı, təcrübə və qaynaqların mübadiləsi, birgə elmi proqramların, araşdırmaların həyata keçirilməsi nəzərdə tutulur.
Mayın 7-də AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycan xalqının ümummilli lideri, ulu öndər, müasir Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş elmi sessiya keçirilib.
Sessiyanı giriş sözü ilə açan millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Heydər Əliyevin Azərbaycan xalqının tarixi inkişafında müstəsna xidmətlərindən danışdı: «Heydər Əliyev Azərbaycan tarixində müstəsna rolu olan şəxsiyyətdir. Azərbaycanın tarixinin 40 ili ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşüb. Onun həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycan xalqına xidmətləri əvəzsizdir. Mən onu ən böyük azərbaycanlı, ən böyük vətənpərvər hesab edirəm».
Mayın 4-də AMEA ak. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Qadınlar Şurasının təsis yığıncağı keçirilib.
Tədbirdə AMEA Qadınlar Şurasının sədri, fəl.ü.e.d., professor Rəna Mirzəzadə, Şuranın katibi, fəl.ü.f.d. Samirə Kadiyeva, Fəlsəfə İnstitutu Qadınlar Şurasının sədri, fəl.ü.e.d. Lalə Mövsümova iştirak ediblər.