Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Elmdə mütəxəssislər tərəfindən tam sübuta yetirilib ki, Nizami Gəncəvi məhz Azərbaycan şairdir.
O, Gəncədə, türk ailəsində doğulub, boya-başa çatıb.
Nizami birmənalı şəkildə öz övladı haqqında yazır: “İlahi, sən özün türk balasını qoru”. Hansı ata türk olmadan öz övladına “türk balası”, - deyə, müraciət edər, onu türk adlandırar?!
Bunu AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik, millət vəkili Gövhər Baxşəliyeva dahi Azəbaycan şairi Nizami Gəncəvinin milli mənsubiyyəti ətrafında yenidən açılan müzakirələrə, onun bəzi müəlliflər tərəfindən fars şairi adlandırılmasına münasibətini bildirərkən deyib.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq-Qərb” şöbəsinin müdiri, ilahiyyət üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlının hazırladığı “Ərəbcə-azərbaycanca transkripsiyalı danışıq kitabçası” işıq üzü görüb.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Aydın Abiyevin türk dilindən tərcümə etdiyi Ömər Seyfəddinin seçmə hekayələrindən ibarət “Qısqanclıq” kitabı işıq üzü görüb.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun ərəb dilindən tərcümə etdiyi “Taha Cabir əl-Ülvani. Tövhid, tərbiyə və mədəniyyət” kitabı işıq üzü görüb.