Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda bu elm müəssisəsinin 60 illik yubileyinə həsr olunmuş kitab nəşr olunub.
“AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu 60 ildə” adlı nəşrin redaksiya heyətinə akademik Gövhər Baxşəliyeva, akademikŞahin Mustafayev, f.ü.f.d. Səbinə Səlimova, f.ü.f.d. Ruhəngiz Cümşüdlü və f.ü.f.d. Vüqar Məmmədov daxildirlər.
Dekabrın 12-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə İnstitutun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva açdı. O, öz çıxışında ulu öndərin Azərbaycan xalqının həyatında oynadığı böyük roldan danışdı. Azərbaycanın tarixinin 40 ilinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyən G.Baxşəliyeva ulu öndərin xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət kimi düşdüyünü qeyd etdi: “Ulu öndər Heydər Əliyev həm sovet dövründə respublikamıza rəhbərliyi zamanı, həm də müstəqillik illərində ölkə Prezidenti kimi Azərbaycan xalqı üçün misilsiz işlər görüb. Müstəqil Azərbaycanın rəhbərliyinə xalqın tələbi ilə respublikanın ən çətin vaxtında gələn Heydər Əliyev qısa müddətdə ictimai asayişin bərpasına nail olaraq, insanlarda gələcəyə böyük inam yaratdı. Ümummilli liderimiz ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoydu».
Dekabrın 11-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illiyinə həsr olunmuş Yubiley Yığıncağı keçirilib. Tədbirdə görkəmli elm xadimləri, Milli Məclisin deputatları, xarici ölkələrin ölkəmizdəki səfirləri iştirak ediblər.
Yubiley Yığıncağı öncəsi Şərqşünaslıq İnstitutunda görkəmli alim, akademik Z.M.Bünyadovun barelyefi açıldı. Tədbir iştirakçıları sonra İnstitutda fəaliyyət göstərən akademik Z.M.Bünyadovun kabineti ilə tanış oldular.
Sonra tədbir iştirakçıları görkəmli alim, professor A.N.İmanquliyevanın xatirəsinə həsr olunmuş stendlə tanış oldular. Stenddə görkəmli alimin elmi əsərləri və fotoşəkilləri nümayiş olunur.
Dekabr ayının 4-7-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində UNESCO-nun İpək Yolu layihələri ilə bağlı bir sıra tədbirləri keçirilib. Bu tədbirlər çərçivəsində “İpək Yolu Onlayn platformu interaktiv atlası”nın müzakirəsinə həsr olunan ekspertlər görüşü, İpək Yolu seriya nominasiyası Əlaqələndirmə Şurasının 5-ci toplantısı və “Böyük İpək yolunun əhəmiyyəti: bugünü və gələcək inkişafı” mövzusunda beynəlxalq konfrans təşkil edilib. Bu tədbirlərdə Azərbaycan elmini AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev təmsil edirdi.