Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir.
Vakant yer müəssisənin Türk filologiyası şöbəsinin baş elmi işçisi üzrə 1 yerdir.
Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc еdilən gündən etibarən 1 ay müddətində təqdim edilməlidir.
Ünvan: AZ 1143, Bakı şəhəri, H.Cavid prospekti 117 (VII mərtəbə).
Tel: (+994 12) 539 23 63
Fevralın 15-də Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) təşəbbüsü ilə onlayn formatda beynəlxalq müşavirə keçirilib. Tədbirin əsas məqsədi 2005-ci ildən YUNESKO və üzv ölkələr tərəfindən həyata keçirilən İpək Yolu Transmilli Seriya Nominasiyası adlı layihənin gələcək perspektivlərinin beynəlxalq ekspertlər tərəfindən müzakirəsindən ibarət idi. Görüş iştirakçıları son illərdə layihəyə yeni ölkələrin qoşulduğunu və onun coğrafi sərhədlərinin genişləndiyini nəzərə alaraq, ICOMOS tərəfindən 2014-cü ildə tərtib edilmiş “Tematik tədqiqat”ın bir daha nəzərdən keçirilməsi və ona yeni fəsillərin əlavə edilməsi məsələsini müzakirə ediblər.
AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Rauf Qarayevin “Dövlətlərin ərazi bütövlüyü və xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə prinsiplərinin nisbətinə dair” adlı elmi məqaləsi Rusiya Federasiyasında hüquq elmləri üzrə ən nüfuzlu elmi jurnal sayılan «Журнал Российского права» (“Rusiya hüquq jurnalı”) elmi nəşrinin növbəti sayında dərc edilib.
AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədovun “Ərəb dili” kitabı nəşr olunub.
Dərs vəsaiti 20 dərs, əksəriyyəti dini mövzulara aid 12 mətn və ərəbcə-azərbaycanca qısa lüğətdən ibarətdir. Mövzular sadədən mürəkkəbə, asandan çətinə semestrlər üzrə bölüşdürülmüşdür. 20 dərsdə ərəb dilinin fonetikası, morfologiya və sintaksisi tələbələrdə lazımi söz ehtiyatını formalaşdıracaq nümunələr (sözlər və cümlələr) əsasında praktik şəkildə öyrədilir. Hər bir qrammatik mövzuya dair seçilmiş tapşırıqlar tələbələrdə praktik və nəzəri biliklərin möhkəmləndirilməsinə xidmət edir.
