Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

02 Fevral 2021

         AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayevin "МОТИВЫ МАХДИСТСКИХ ВЕРОВАНИЙ В РАННИХ ПЛЕМЕННЫХ РЕЛИГИЯХ" ("İLKİN QƏBİLƏ DİNLƏRİNDƏ MEHDİLİK İNANCININ MOTİVLƏRİ") adlı məqaləsi Bolqarıstan Respublikası, "South-West" (Cənub-Qərb) Universitetinin fəlsəfə və politologiya sahələri üzrə ixtisaslaşmış, "Erih Plus" indeksli "NOTABENE" elektron elmi jurnalında dərc edilib.

Məqalədə, ilkin qəbilə dinlərində xilaskarlıq inancının psixoloji, sosioloji, psixo-sosial və siyasi səbəbləri haqqında bəhs edilib, Şimali və Mərkəzi Amerikada mövcud olmuş aborogen xalqlarda və ilkin qəbilə dinlərində mehdilik anlayışı ilə bağlı inanclar təsviri-analitik metodlara riayət edilməklə işıqlandırılıb.

28 Yanvar 2021

     Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun dissertantı, nəsimişünas, tədqiqatçı Vüsal Hətəmovun çoxsaylı titullarına biri də əlavə olundu. O, Vətən Müharibəsinin könüllü iştirakçısı, qalib zabitidir.

     Dekabrın son günlərində xidməti başa vurub evinə dönən Vüsal Hətəmov oktyabrın 6-dan hərbi əməliyyatlarda iştirak edib, Füzulidən Laçına qədər döyüşüb. Laçın Vüsal Hətəmovun baba yurdudur. Qədim dostumuzla hərbi xidmətdən qayıtdıqdan sonra ayaqüstü söhbət edib, bir neçə sualımıza cavab aldıq. 

22 Yanvar 2021

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun  baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Elman Quliyev Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən dahi şairin anadan olmasının 175 illiyi şərəfinə elan edilmiş “Abay Kunanbayev İli” çərçivəsində görülən işlərin yekunu olaraq “Abay 175 il” xatirə medalı ilə təltif olunub.

21 Yanvar 2021

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının 20 Yanvar faciəsi ilə bağlı İranda nəşr olunan "Xudafərin" jurnalının 189-cu sayında fars dilində dərc olunan, eləcə də İordaniyanın nayrouz.com saytında ərəbcə, Qazaxıstanın ea-news.kz və Özbəkistanın interpress.uz saytlarında rus dilində dərc olunan “20 Yanvar faciəsi: Azərbaycan xalqını müstəqilliyə aparan yol” adlı məqaləsinə maraq artmaqdadır.

Məqalə bu dəfə İsveçdən yayımlanan farsdilli tribun.one saytında fars dilində dərc edilib.

Download Template Joomla 3.0 free theme.