Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

20 İyun 2018

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu iyunun 22-də dövrümüzün tanınmış ingilis şərqşünası Maykl Aksvörtinin “Nadir şah” kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimatını keçirəcək.

AMEA-nın Əsas binasının (H.Cavid, 117) Akt zalında (2-ci mərtəbə) təşkil olunacaq tədbir saat 11:00-da başlanacaq.

16 İyun 2018

İyun ayının 13-15-də Qazaxıstanın Almatı şəhərində UNESCO-nun Almatı klaster bürosu və Beynəlxalq “Mədəniyyətlərin yaxınlaşmasıl mərkəzi” tərəfindən “Böyük İpək Yolu üzərində Mərkəzi Asiya: antik dövrdən müasir zamana qədər mədəniyyətlərin və dinlərin dialoqu” mövzusunda beynəlxalq elmi konfrans təşkil edilib. Konfransın əsas məqsədi tarixi coğrafiya, Mərkəzi Asiya xalqlarının tarixində urbanizasiya və köçərilik, əhalinin miqrasiyaları və mədəni genezis, türk xalqlarının mənəvi, dini və mifoloji irsi, Mərkəzi Asiya ölkələrinin mədəni mirasının qorunması və tarixi-mədəni abidələrinin UNESCO-nun dünya irsi siyahısına daxil edilməsi problemləri və istiqamətləri üzrə müzakirələrin aparılmasından ibarət idi. 

28 May 2018

 

 

27-28 aprel 2018-ci il tarixində Bakı Mühəndislik Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi konfransı keçirilib.

 

Beynəlxalq konfransda Şərqşünaslıq İnstitutunun “Türk filologiyası” şöbəsi fəal iştirak etmişdir.

25 May 2018

Mayın 25-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda türkiyəli tanınmış alim, Hacəttəpə Universitetinin professoru Şükrü Haluk Akalınla görüş keçirilib.

Görüşdə qonağı Şərqşünaslıq İnstitutunun əməkdaşlarına təqdim edən İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev Şükrü Haluk Akalının əvvəllər uzun müddət Türk Dil Qurumunun sədri olduğunu xatırlatdı.

Download Template Joomla 3.0 free theme.