Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

27 Noyabr 2018

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Solmaz Əli qızı Rüstəmova-Tohidiyə “Əməkdar elm xadimi” fəxri adı verilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 noyabr 2018-ci il.

 

27 Noyabr 2018

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə Əkrəm Rəhim oğlu Rəhimli “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 noyabr 2018-ci il.

 

24 Noyabr 2018

 

24-də Beynəlxalq Mətbuat Mərkəzində 1945-1946-cı illərdə Azərbaycan Milli Hökumətinin baş prokuroru olmuş Firidun İbrahiminin 100 illik yubileyinə həsr edilən tədbir keçirilib.

 

İranlı Mühacirlər Cəmiyyəti və Azərbaycan Demokrat Firqəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə “21 Azər” hərəkatının iştirakçıları, tədqiqatçılar, alimlər, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri, media təmsilçiləri iştirak ediblər. Tədbirdə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları fəal iştirak ediblər.

 

02 Noyabr 2018

2018-ci ilin 29-31 oktyabr tarixlərində Oman Sultanlığının paytaxtı Məskət şəhərində UNESCO-nun İpək Yolu lahiyəsinin beynəlxalq şəbəkəsinin növbəti 4-cü toplantısı keçirilib. Tədbirdə UNESCO-nun İpək Yolu layihəsinin Azərbaycan üzrə əlaqələndiricisi, AMEA-nın həqiqi üzvü Şahin Mustafayev iştirak edib.

Download Template Joomla 3.0 free theme.