Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

08 Aprel 2022

05 may 2022-ci il saat 12.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5717.01 – Türk xalqları ədəbiyyatı ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.

07 Aprel 2022

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin elmi işçisi Elnur Mustafayev Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb və şərqşünas alimə müvafiq diplom təqdim edilib.

06 Aprel 2022
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə 27 mart - Elm Günü təsis edilib. Elm günü münasibəti ilə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kitablarının sərgisini diqqətinizə çatdırırıq.
06 Aprel 2022

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov Qazaxıstanın Almatı şəhərində keçirilmiş A.Baytursunovun 150 illiyinə həsr olunmuş "Müasir dünyada elmi tədqiqatların mövcud problemləri və A. Baytursunovun irsi" mövzusunda Beynəlxalq elmi və metodoloji konfransda ZOOM platforması vasitəsi ilə iştirak edib.

Download Template Joomla 3.0 free theme.