Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

22 Sentyabr 2017

Sentyabrın 22-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli Cənubi Azərbaycanşünas alim, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəm Rəhimlinin 85 illik yubileyi ilə əlaqədar elmi sessiya keçirilib.

Tədbir çərçivəsində AMEA-nın əsas binasının 2-ci mərtəbəsindəki foyede Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin əsərlərindən, o cümlədən yubilyar Əkrəm Rəhimlinin kitablarından ibarət sərgi təşkil olunmuşdu.

20 Sentyabr 2017

Sentyabrın 22-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli Cənubi Azərbaycanşünas alim Əkrəm Rəhimlinin 85 illik yubileyi ilə əlaqədar elmi sessiya keçiriləcək.

20 Sentyabr 2017

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi doktor Səid əl-Qidəm sentyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

Səid əl-Qidəm Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.

19 Sentyabr 2017

Sentyabrın 19-u XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anım günüdür.

Bu münasibətlə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi II Fəxri xiyabanda professor A.İmanquliyevanın məzarını ziyarət edib, alimin məzarı önünə əklil qoyublar.

Download Template Joomla 3.0 free theme.