Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

11 May 2016

 

Səudiyyə Ərəbistanının Kral Əbdüləziz adına fondunun baş direktoru doktor Fəhd Əbdüləziz əs-Səmmarinin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

Fondun nümayəndə heyəti Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, AMEA-nın müxbir üzvü, f.ü.e.d., professor Gövhər Baxşəliyeva ilə görüşüb.

 

06 May 2016

Mayın 6-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi qeyd edildi. İnstitutun direktoru, AMEA-nən müxbir üzvü, millət vəkili Gövhər Baxşəliyeva tədbirdə çıxış edərək, ümummilli liderin Azərbaycan xalqının müstəqilliyi, dövlətçiliyimizin inkişafı yolunda göstərdiyi xidmətlərdən söz açdı: «Azərbaycanın müstəqilliyinin bərpası, ölkəmizdə siyasi sabitliyin yaranması, Azərbaycan ideologiyasının yaranması və inkişafı, respublikamızın dünya birliyinə inteqrasiyası, nail olduğu yüksək iqtisadi inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır».

20 Aprel 2016

Aprelin 20-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Yeni Azərbaycan Partiyasının özəyinin təsis iclası keçirildi. İclasda YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, sədr müavini Qərib Məmmədov, YAP-ın AMEA üzrə koordinatoru Xədicə İsgəndərli iştirak edirdilər.

20 Aprel 2016

Hər kəsə məlumdur ki, müharibə təkcə səngərlərdə deyil, həm də ideoloji cəbhədə aparılır. Əsgərlərimizin səngərdə qazandıqları zəfərləri dünyaya çatdırmaq, Qarabağ həqiqətlərinin mahiyyətini doğru-düzgün şəkildə dünya ictimaiyyəti ilə paylaşmaq hər birimizin vətəndaşlıq borcudur.

Download Template Joomla 3.0 free theme.