Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Mayın 4-də AMEA ak. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Qadınlar Şurasının təsis yığıncağı keçirilib.
Tədbirdə AMEA Qadınlar Şurasının sədri, fəl.ü.e.d., professor Rəna Mirzəzadə, Şuranın katibi, fəl.ü.f.d. Samirə Kadiyeva, Fəlsəfə İnstitutu Qadınlar Şurasının sədri, fəl.ü.e.d. Lalə Mövsümova iştirak ediblər.
May ayının 7-də AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş elmi sessiya keçiriləcək. Şərqşünaslıq İnstitutunun zalında (Hüseyn Cavid prospekti 115, 7-ci mərtəbə) keçiriləcək sessiya öz işinə saat 11:00-da başlayacaq.
AKADEMİK ŞAHİN MUSTAFAYEV “ÖZBƏKİSTAN TARİXİ” JURNALININ BEYNƏLXALQ REDAKSİYA HEYƏTİNİN ÜZVÜ SEÇİLİB
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev Özbəkistanda nəşr olunan nüfuzlu “Özbəkistan tarixi” elmi jurnalının redaksiya heyətinə daxil edilib. Jurnalın baş redaktoru professor D.A.Alimovanın ünvanladığı məktubda bildirilir ki, Özbəkistan Elmlər Akademiyasının prezidenti B.S.Yuldaşevin bu ilin 29 mart tarixində imzaladığı sərəncama əsasən jurnalın beynəlxalq redaksiya heyətinə dünya tarixşünaslığında və Özbəkistan elmində yüksək nüfuza malik olan altı görkəmli tarixçi daxil edilib.
Aprelin 6-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib. Toplanışın mövzusu “Fövqəladə halların nəticələrinin aradan qaldırılmazı zamanı Mülki müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” olub.
