Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

14 Aprel 2020

Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə tədbirləri uğurla davam etdirilir. Bu pandemiyanın yayılmasının qarşısınını alınması məqsədilə dövlətimiz tərəfindən bütün zəruri təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir. AMEA prezidenti akademik R.Mehdiyevin tapşırığı və sərəncamı ilə akademiyanın bütün institutları öz iş rejimini mövcud şəraitə uyğun davam etdirir. AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun alimləri məlum səbəblərdən sosial izolyasiya dövründə öz elmi fəaliyyətlərini əvvəlki tempdə, ruh yüksəkliyi ilə evdə davam etdirilər. İnstitutun direktoru akademik Gövhər Baxşəliyeva əməkdaşlarla mövcud sosial şəbəkələr vasitəsilə əlaqə saxlayır, görülən işlərlə maraqlanır. Alimlərimiz öz tədqiqat işlərinin nəticələrini nüfuzlu elmi jurnallara, müxtəlif elmi məcmuələrə təqdim edirlər. Bu məcmuələr arasında Şərqşünaslıq İnstitutunun elmi nəşri olan “Şərq araşdırmaları” elmi-nəzəri yurnalı da mövcuddur.

11 Mart 2020

Qətərin Azərbaycandakı səfiri Feysəl Abdulla əl Henzab martın 11-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

Səfir əvvəlcə Şərqşünaslıq İnstitutunun direktoru, akademik  Gövhər Baxşəliyeva ilə görüşüb. G.Baxşəliyeva Azərbaycanın ərəb ölkələri ilə elmi, mədəni əlaqələrindən söz açaraq, bu əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolunu qeyd edib. Gövhər xanım Şərqşünaslıq İnstitutunda ərəb ölkələrinin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb, ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu qeyd edib.

11 Mart 2020

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri, Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müəllimi, dosent Məmmədəli Babaşlı Rusiya Federasiyasının Tatarıstan Respublikasında fəaliyyət göstərən Bolqar İslam Akademiyasında keçirilən dəyirmi masada iştirak edib.

Bolqar İslam Akademiyası Dinlərarası Dialoq Mərkəzinin təşəbbüsü ilə keçirilən dəyirmi masada Tatarıstan, Başqırdıstan, Dağıstan respublikaları, həmçinin Azərbaycandan dəvət olunmuş ekspertlərin iştirakı ilə “Ali dini təhsilin inkişafında dinlərarası dialoqun rolu” mövzusunda geniş fikir mübadiləsi aparılıb.

02 Mart 2020

Fevralın 28-29-da Ukraynanın paytaxtı Kiyevdə Ostrohski Akademiyasının Milli Universitetində “Şərqi və Mərkəzi Avropada islamın öyrənilməsi və təlimi: tarixi xüsusiyyətləri və perspektivləri” adlı beynəlxalq konfrans keçirilib. AMEA akad.Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, t.ü.f.d. Gülər Qafqazlı konfransda iştirak edib.

G.Qafqazlı konfransda “Azərbaycanda dini təhsil" mövzusunda məruzə ilə çıxış edib. Şərqşünas alimimizin məruzəsi maraqla qarşılanıb və G.Qafqazlı sonda konfrans iştirakçılarının məruzə ətrafında suallarını cavablandırıb.

Download Template Joomla 3.0 free theme.