Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNAS ALİMLƏR VANDA KONFRANSDA

15 May 2017

Türkiyə Respublikasının Van şəhərində Yüzüncü Yıl Universiteti tərəfindən 10-14 may tarixində “21. Yüzyılda İslam Dünyasına Stratejik Bakış Fırsatlar, İmkanlar, Gelişmeler, Sorunlar, Çözüm Önerileri (XXI əsrdə İslam dünyasına strateji baxış: fürsətlər, imkanlar, proseslər, problemlər, həll yolları) beynəlxalq konfransı təşkil olunmuşdur.

 

Bu konfransda Türkiyədən 59, dünyanın iyirmi dörd müxtəlif ölkəsindən 49 olmaqla 108 alim iştirak etmiş, 26 iclasda 100 məruzə təqdim olunmuşdur.

Bu konfransda Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin əməkdaşları:  Aslan Həbibov “İslam Tarihinde Mezhep Sorunları ve Günümüze Yansımaları” (İslam tarixində məzhəb problemi  və indiki dövrə təsiri) və Elvüsal Məmmədov “Siyasal İslam Teriminin Eleştirel Tahlili” (“Siyasi islam” termininin tənqidi təhlili) adlı məruzələrlə çıxış etmişlər.

         Hər iki alimin məruzəsində toxunulan problemlər konfrans iştirakçılarının marağına səbəb olmuş, irəli sürdükləri müddəalar mütəxəssislərin diqqətini cəlb etmişdir. Bu səbəbdən A.Həbibov və E.Məmmədova konfransın təşkilatçı şurası  tərəfindən təşəkkürnamə təqdim edilmişdir.

Download Template Joomla 3.0 free theme.